FİFA qadın futbolçuları zorlayan federasiya prezidenti ilə bağlı belə qərar verdi - FOTO

img

26-05-2020 [13:45]


FİFA Haiti Futbol Federasiyasının prezidenti Yves Jan-Bartla bağlı qərarını açıqlayıb.

Məlumata görə, o, 90 gün müddətinə vəzifəsindən uzaqlaşdırılıb. Bbuna səbəb onun qadın futbolçuları təcavüz etməsi iddiasının ortaya atılmasıdır.

Jan-Bart Haitinin qadınlardan ibarət millisinin bir neçə oyunçusunu zorlamaqda ittiham olunur. Hazırda bununla bağlı istintaq davam etdirilir. FİFA da istintaq müddətində onun səlahiyyətlərini yerinə yetirməməsini məqsədəuyğun bilib. Jan-Bart qarşıdakı 3 ay ərzində prezidentlik vəzifəsini icra edə bilməyəcək.

Qeyd edək ki, Yves Jan-Bart 20 ildir Haiti Futbol Federasiyasına rəhbərlik edir/apa.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR