Əməkdar məşqçi həbs olundu - Qətl ittihamı ilə

img

26-05-2020 [13:10]


Döyüş sambosu üzrə Rusiyanın əməkdar məşqçisi Vladimir Osiya həbs olunub.

Məlumata görə, 36 yaşlı mütəxəssis qətl törətməkdə şübhəli bilinir.

Artıq məsələylə bağlı onun mənzilində axtarış aparılıb.

Qeyd edək ki, idman ustası olan Osiya qarışıq döyüş növləri üzrə rusiyalı dünya çempionu Maqomed İsmayılovun şəxsi məşqçisidir. O, həmçinin Rusiyanın gənclər yığmasına da başçılıq edir. Komanda mütəxəssisin rəhbərliyi altında 2019-cu ildəki dünya çempionatının qalibi olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA