"Əsas məsələ insanların sağlamlığı və təhlükəsizliyidir" - Prezident və Birinci xanım xüsusi texnikalara baxış keçirdi, bağça açılışını etdi - FOTOLAR
25-05-2020 [20:38]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxdılar.
Mia.az xəbər verir ki, bir sıra sahələrdə, o cümlədən şəhər təsərrüfatı, kommunal, səyyar tibbi və digər sahələrdə xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Şamaxı rayonuna çoxlu sayda nəqliyyat vasitələri və xüsusi texnikalar ayrılıb.
Şamaxıya səfəri zamanı həmin nəqliyyat vasitələri və texnikalar dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təqdim olunub. Bildirilib ki, texnika və nəqliyyat vasitələri seçilərkən rayonun turizm potensialı, seysmik ərazidə yerləşməsi və landşaftı nəzərə alınıb. Rayonda sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün 10 avtobusu ayrılıb. Rayonun kommunal təsərrüfatında bundan sonra məişət tullantıları daşıyan, küçə süpürən və yuyan, qartəmizləyən və digər müasir texniki vasitələrdən istifadə ediləcək. Şamaxının səhiyyə potensialına 3 təcili tibbi yardım avtomobili və 1 reanimasiya maşını əlavə olunacaq. Bundan başqa, rayonun bərpa-quruculuq və abadlıq işlərində istifadə etmək üçün çoxlu sayda ağır və yüngül tonnajlı yük maşını, ağır tonnajlı buldozer, çoxfunksiyalı ekskovator və digər texniki vasitələr ayrılıb. Bu təşəbbüs dövlət başçısının regionların daha da müasirləşməsi, şəhər, qəsəbə və kəndlərdə rahat həyat şəraitinin yaradılması üçün apardığı sosial-iqtisadi siyasətin daha bir əyani göstəricisidir.
Ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verən Prezident İlham Əliyev dedi:
-Avtobuslar gərək bu gündən xətlərə çıxsın. Ondan sonra təcili tibbi yardım maşınları. Şamaxı rayonunun təchizatı ilə bağlı görülən işlər indiki mərhələdə kifayətdir. Həm Prezidentin ehtiyat fonundan, həm də dövlət büdcəsindən vəsait ayrıldı. Gərək biz prinsipcə bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq. Bu baxımdan Şamaxı birinci şəhərdir. Mən demişəm, digər şəhərlərdə, bir çox yerlərdə şəhər nəqliyyatı bərbad vəziyyətdədir. Kommunal texnikanın çatışmazlığı problemlər yaradır, təkliflər hazırlayın, bizim bütün şəhərlərimizdə müasir texnika təchizatı təmin edilməlidir - həm sərnişin nəqliyyatı, kommunal texnika, həm də təcili tibbi yardım maşınları. Bakı şəhərində bu, öz həllini tapıb. Baxmayaraq ki, Bakıda da hələ köhnədən qalan avtobuslar var, onlar da yavaş-yavaş yeniləri ilə əvəzlənir. Bir çox şəhərlərə təcili tibbi yardım maşınlarının göndərilməsi təmin edilmişdir. Ancaq vaxt keçir, onların da istismar müddəti başa çatır, sıradan çıxır, qəzaya uğrayır. İndi Şamaxı rayonunun timsalında biz prinsipcə görürük ki, əhalini nəzərə alaraq nə qədər texnika lazımdır. Ona görə, digər rayonlarda da nə qədər texnika lazımdır, biz bunları kompleks şəkildə, tədricən həll edək.
Prezidentin köməkçisi Anar Ələkbərov: Oldu, cənab Prezident, aydındır.
Prezident İlham Əliyev: Mən göstəriş vermişdim k, Şamaxı şəhərinin avtomobil yollarının da təmiri ilə bağlı tədbirlər görülsün. Kənd yollarının bir çoxu asfaltlanıb, hətta ucqar kəndlərə də asfalt yollar çəkilib. Amma şəhər yolları o qədər də yaxşı vəziyyətdə deyil. Ona görə də, həm kənd yollarının çəkilişinin davam etdirilməsi, eyni zamanda, Şamaxı şəhərinin yol infrastrukturunun müasirləşməsi ilə əlaqədar əlavə tədbirlər görülməlidir. Dayanacaqlar da pis vəziyyətdədir. Ona görə bu yeni texnika bütün şəhər infrastrukturunun müasirləşməsinə xidmət göstərəcək. Əsas məsələ insanların sağlamlığı və təhlükəsizliyidir. Bu müasir təcili tibbi yardım maşınları hər yerdə lazımdır, özü də ən aparıcı şirkətlərin istehsalıdır. Əlbəttə ki, yeni avtobuslar həm rahatlıq gətirəcək, həm də təhlükəsizlik baxımından çox vacibdir.
Anar Ələkbərov : Cənab Prezident, Sizə təşəkkür edirik.
***
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının mayın 25-də açılışı olub.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən layihələrə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Uşaqların təlim-tərbiyəsinin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyini “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha təsdiqləyir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və bu sahədə çox mühüm nəticələr əldə edilib. Şamaxı rayonunun ehtiyacları nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu rayonda inşa olunan 2 uşaq bağçası Fondun həyata keçirdiyi bu cür layihələrin ardıcıl xarakter aldığını bir daha aydın göstərir.
Şamaxıdakı 2 nömrəli körpələr-evi uşaq bağçası ilə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, 110 yerlik bu müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Bir sözlə, binada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait qurulub. Qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Təhsil ocağındakı bütün otaqlar lazımı avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq.
Bütövlükdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə gənc məcburi köçkün ailələri üçün 16 mənzilli 1 yaşayış binası, rayonun Məlikçobanlı, Birinci Çaylı, Quşçu, Avaxıl, Dədəgünəş və Meysəri kəndlərində, ümumilikdə, 1212 yerlik orta məktəb binaları, Şamaxı şəhəri, Şəhriyar qəsəbəsi, Quşçu kəndlərində, ümumilikdə, 290 yerlik körpələr evi-uşaq bağçaları, Həmyəli, Birinci Çaylı, Quşçu, Mərzəndiyə, Avaxıl, Məlhəm və Meysəri kəndlərində tibb məntəqələri inşa edilib, Qaleybuğurd və Saqiyan kəndlərində 320 yerlik orta məktəblər, 210 yerlik Şamaxı Texniki Humanitar və Təbiət Fənləri Təmayüllü Liseyi və rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunub.
Açılışı olan tədris-tərbiyə ocaqlarından biri də Şamaxının Meysəri kəndindəki körpələr evi-uşaq bağçasıdır. 1926-cı ildən fəaliyyətə başlamış Meysəri kənd 120 şagird yerlik tam orta məktəbinin köhnə binası istismar üçün yararsız olduğuna görə 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə kəndin giriş hissəsində 132 şagird yerlik yeni məktəb inşa edildikdən sonra Fond tərəfindən məktəbin köhnə binası körpələr evi-uşaq bağçasına uyğunlaşdırılmış layihə üzrə əsaslı təmir edilib. Körpələr evi-uşaq bağçasında 2019-cu ildə başlanılan təmir işləri 2020-ci ilin aprel ayında yekunlaşdırılıb.
Qırx yerlik körpələr evi-uşaq bağçasında yataq və oyun otaqları, idman və musiqi zalları və digər zəruri otaqlar mövcuddur. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları, müasir işıqlandırma sistemləri quraşdırılıb. Kənd yerlərində belə bağçaların və digər sosial, mədəni, təhsil obyektlərinin istifadəyə verilməsi ölkəmizdə şəhərlə kənd arasında fərqin getdikcə aradan qaldırılması üçün atılan mühüm addımlardandır. Bu cür layihələr göstərir ki, Azərbaycanda həyata keçirilən sosial layihələrin miqyası və coğrafiyası getdikcə daha da genişlənir.





Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Bakcell” “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
KOBİA-nın tenderi ləğv edilib
12 yaşlı uşaq məktəb direktorunu güllələdi - Türkiyədə + FOTOLAR
Türkiyə Azərbaycanın bəzi universitetinin diplomunu niyə tanımır? - Əli Əsədov iclasda Türkiyənin vitse-prezidentinə səsləndi
Əli Əsədov: "Abşeron" yatağından qazın Türkiyəyə ixracı ilə bağlı danışıqlar aparılır"
Əhməd İsmayılov: "Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır"
Bu axşam “Nar”da böyük həyəcan – 9-cu avtomobil sahibini tapır
Daha iki məşhur istintaqa çağırıldı - Türkiyədə
Ceyhun Bayramov səfiri qəbul edib - Açıqlama
Ekoloq: "Şikayət edəcəksiniz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi rüşvət alıb keçəcək” - VİDEO
“Mən nə etdiyimi bilirəm və sən də bilirsən” - Röya Şəbnəmə gözlənilməz an yaşadıb (VİDEO)
Tacikistan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Türkiyənin vitse-prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTO
QARABAĞIN KƏNDLƏRİNƏ KÖÇ DAVAM EDİR (YENİLƏNİB)
Paşinyan Rusiyadan İlham Əliyevə təşəkkür etdi - Ermənistana qarşı blokadanı ləğv etdiyinə görə
Sabah hava necə olacaq? - Proqnoz
Bakıda siqaret satışı məhdudlaşdırıldı - Qiymətlər qalxdı
Fransa Prezidentinin rəsmi iqamətgahı soyulub: qədim tarixi əşyalar aparılıb - Vəzifəli şəxslər saxlanılıb
İcra başçısının sabiq müavini azadlığa çıxdı
Üç gün geomaqnit qasırğası olacaq
"İlhamə Qədimovanın özü də bu sahənin mütəxəssisi deyil" - Ekspert nazir müavininin deputatların qarşısındakı çıxışına belə şərh verdi
Müğənni amnistiya düşdü - Dəniz Əsədova azadlığa buraxıldı
"Bakı Metropoliteni"nin zərəri 3 milyard manatı ötüb - Rəqəmlər
Prezidentin Amnistiya təşəbbüsü: məhkumların azad olunmasına start verildi (Yenilənib)
Vüqar Qurbanov bir neçə gün əvvəl imzaladığı əmri ləğv elədi - Eldar Mahmudovun əmisi oğlu ilə bağlı
"Bu cür saxta reklamlar və şirnikləndirici təkliflərə inanmayın" - DİN-dən xəbərdarlıq
Baş məşqçi "Fənərbağça"ya qapını qapatdı - "O, bizə çox lazımdır"
Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüblər.
XANKƏNDİNİN NÜFUZLU ZİYALISI
Ali Koç Aziz Yıldırıma "ilişdi", "Fənərbağça" prezidentinə tam dəstək verdi: "Yanındayıq"
Ukraynalı Ombusman: "50 ukraynalı zorla Rusiyaya aparılıb"
Mingəçevirdə 43 yaşlı şəxs 36 yaşlı sakini bıçaqlayıb
Kəskin respirator virusu yayılıb - Nazirlikdən xəbərdarlıq
Livan ordusu: "İsrailə məxsus kameralı casus qurğusunu ələ keçirdik"
Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcək
"CNN Türk"ün müxbiri Merve Tokaz: "Başıma bir iş gəlsə...."
Qəzzada güclü fırtına oldu, 22 qəzalı bina çökdü - Ölənlər var
"Bursaspor" hücumçu aldı
Donald Trampın ideyası İsraildə tətbiq olunacaq - Həbsxanalar timsahlarla "mühasirə"də saxlanılacaq
Xırdalanda üç nəfər dəm qazından zəhərlənib