Rusiyada 2 mindən çox hamilə koronavirusa yoluxub

img

25-05-2020 [15:15]


Rusiyada 2 min nəfərdən çox hamilədə yeni növ koronavirus (COVID-19) infeksiyası aşkarlanıb. 

Məlumata görə, bunu Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş akuşer-ginekoloqu L. Adamyan bildirib. 

Onun sözlərinə görə, COVID-19 hamiləlik vaxtı anadan uşağa keçmir, yoluxma ancaq doğumdan sonra mümkün ola bilər.

“Bu gün bizim ölkədə koronavirus infeksiyalı 2561 hamilə var. Onlardan 2035 nəfərində bütün testlər təsdiqlənib”, - deyə L. Adamyan qeyd edib/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:58 20.10.2020

DİN generalı vəfat etdi