Pənah Hüseynlə Tural Abbaslı təxribatla üzləşib: "Gecə saat 11-də..."
25-05-2020 [11:34]
Azərbaycanın keçmiş baş naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin başına iş gəlib.
Mia.Az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu haqda jurnalist Əvəz Zeynallı məlumat yayıb.
O, bildirib ki, P. Hüseyn təxribatla üzləşib. Belə ki, o ofis kimi istifadə etdiyi AXP qərargahında bir qonşu qadının təxribatı ilə üz-üzə qalıb:
“Axşamçağı ofisə gələn Pənah Hüseynlə AĞ Partiyanın başqanı Tural Abbaslı özünü "qonşu" kimi təqdim edən bir qadının - belə demək mümkündürsə hücumuna məruz qalıblar.
Xeyli sual verən "qonşu" az keçməyib ki, Marqaret Tetçerdən, Pənah Hüseyngilin komandasının xalqı bu günlərə necə salmasından danışıb və əlavə edib ki, onlar burada nə işlə məşğul olurlar, niyə buraya 100-lərlə adam gəlir?
9 aydır AXP-nin qərargahı kimi istifadə olunan ofisə isə heç bir zaman bu sayda adam gəlməyib və heç bir zaman kimsə etiraz etməyib. Məsələnin rənginin siyasi çalarlı olduğunu düşünən siyasi partiya rəhbərləri dərhal 102-yə məlumat veriblər və polis bir müddətdən sonra əlaqə saxlayaraq səhər (bu gün) Pənah Hüseyni 5-ci bölməyə dəvət edib. O ayrı məsələdir ki, Vilayət Eyvazov polisin 102 xidmətinə zəng edən vətəndaşı bölməyə çağırma səlahiyyətinin olmadığı haqqında sərəncam verib.
Maraqlıdır, ölkədə doğrudan da nələr baş verir? Həm Pənah Hüseyn, həm də Tural Abbaslı prezident İlham Əliyevin də dəstəklədiyi dialoq mühitinin içində yer alırlar. Onlar Ədalət Vəliyevlə görüşüblər və ölkədə siyasi qüvvələr arasında dialoq olması üçün ilkin söhbətlər aparıblar. İndi ortaya çıxan bu "qonşu" qadın isə görünür ki, kimlərsə tərəfindən öyrədilib? Sual yaranır - kimlər?!”.
Məsələ ilə bağlı P. Hüseyn də açıqlama yayıb. O, bildirib ki, başqa şəraitdə olsaydı buna fikir verməmək də, rəsmiləşdirməmək də olardı. “Ancaq arada burdan sədri olduğum siyasi partiyanın ofisi kimi də istifadə edirəm, iki gün əvvəl də burda 9 siyasi partiya sədrinin toplantısı barədə məlumat KİV- də getmişdi...
Gecə saat 11 civarında iki nəfərlə səs-səmirsiz qapını açıb otağına girmək istəyirsən, bir qadın, yanında da bir iki nəfər səni saxlayır, sonra da həyətə çıxıb qışqırıq salır ki, burda içki məclisləri düzəldilir. Hamı bilir ki, mən ümumiyyətlə heç vaxt spirtli icki içmirəm, üstəlik Ramazandır bu gün də Ramazan Bayramıdır.
Qadın Tural Abbaslını ona və yanındakılara fiziki hücumda ittiham edir və keçir “siyasətə”...
Elə ifadələr işlədir ki, təhrik edir sən də cavab verəsən. İstər-istəməz, ola bilsin təşkil olunmuş bir fitnəkarlığın yaşandığı təəssüratı yaratdı və mənim 102- yə müraciətimin də səbəbi bu olub.
Ümumiyətlə isə biz belə şeylərlə çox rastlaşmışıq və narahat olanlara təşəkkür edərək işimizə davam edirik deyirəm. Mən həmişə çalışmışam ki, olduğum yerdə fəaliyyətimizdən kimsəyə rahatsızlıq gəlməsin, olmasın, olmayıb və bundan sonra da olmaz. “İnsident”i isə aydınlaşdırarıq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"