NANKORLUQ...

img

24-05-2020 [16:59]


İbrahim İsgəndərli

***

23.05.2020 tarixində musavat.com saytına baxanda "Cəmiyyətimiz müharibəyə hazır deyil" başlıqlı yazı ilə rastlaşdım.

İçərisinə göz gəzdirəndə yazının müəllifinin idrakı, bacarığı mənə hələ siyasi cəhətdən xəstə qalmış və yaxud 5-ci kalonun dəst-xətti kimi göründü. İmzaya nəzər yetirdikdə çox təəccübləndim ˗ deputat REAL-çı Erkin Qədirli.

Daxilimdən belə bir səs ucaldı: Allahım ya Rəbbim bu nədir, bizlər nə istehsal edirik! Allahım bizi gələcəkdən qoru.

Bir ölkənin deputatı olasan və durub sənin ölkənə tarixən düşmən kəsilən və səndən aşağı olan başqa bir ölkəni nəyinsə hesabına çəkinmədən, qızarmadan tərifləyərək deyəsən ki, onlar hər şeyi bizdən yaxşı bilir, sizlər onlardan öyrənməlisiniz. Deputat adını daşımasaydı bu yazıya reaksiya verməzdim, ancaq xalqın "seçimli" deputatı olduğu üçün biganə qalmaq olmur. Bu insan anlamır ki, cəmiyyətə demokratiya dərsi yaxud hansısa məsələlərdə münasibət bidirməzdən öncə özün demokratiyanın nə olduğunu dərk etməlisən. Əks halda göstərdiyin münasibət ictimai-siyasi həyatı zibilləməkdən başqa heç nəyə yaramaz.

Ermənilərin bu qədər "üstünlüklərini", "bacarıqlarını" dəyərləndirirsən?! Onda belə bir sual doğur: sən hansı demokratik yolla deputat statusu əldə etmisən? Sən onların təxribat aparmaqlarından başqa, deputat statusunu da necə əldə etmiş olduqlarını əməlli öyrənmiş olsaydın, millət, vətən nə olduğunu da bilərdin və belə utanmazcasına özünəməxsus formada millətə "dərs" keçməzdin. İnsanlar cəmiyyətdə təpki görməyəndə asfalt yolun üstünə qoyduqları yumurtanın azacıq mehin hesabına hərəkətini iş bilib bundan heyranlıqla zövq alırlar. Təəssüflər olsun ki, bizlərin ən böyük qəbahəti o zövqləri onlara ərmağan etməyimizdir.

Tanrı bu işdə bizi bağışlasın...

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı