"Biz arxayın olmamalıyıq..." - Məşhur həkimdən koronavirusla bağlı xəbərdarlıq
24-05-2020 [14:54]
Azərbaycanda son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir.
Mia.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış həkim Rəşad Mahmudov deyib.
Millət vəkili bildirib ki, Azərbaycanda koronavirusun ikinci dalğası da ola bilər və düşünürəm ki, biz buna hazır olmalıyıq:
"Qeyd etdiyim kimi, hökumətimiz, dövlət qurumlarımız və həkimlərimizin son dərəcə gərgin əməyi nəticəsində virusa yoluxma halları və onun miqyası maksimal dərəcədə azalıb. Bununla belə, vətəndaşlarımıza bir daha tövsiyəm budur ki, arxayınlaşmasınlar, sanitar-gigiyenik qaydalara ciddi riayət etsinlər, karantin rejimi çərçivəsində hərəkət etsinlər və yayılan şaiyələrə də uymasınlar. Bu ağır günlərdə bizim müstəqil dövlətimiz öz vətəndaşının yanındadır. Vətəndaşımız da öz dövlətinin yanında olmalıdır".
Deputat bildirib ki, karantin rejiminin yavaş-yavaş yumşaldılması, məhdudiyyətlərin xeyli qisminin aradan qaldırılması, hələ həyatımızın tam normal axara düşməsi demək deyil. Dünyada sanitar-epidemioloji vəziyyət və bu sahədə beynəlxalq ekspertlərin rəyini nəzərə alsaq, biz arxayın olmamalıyıq: "Təəssüf ki, dövlətimiz və hökumətimizin bütün qabaqlayıcı tədbirlərinə baxmayaraq, ölkəmizdə hələ də bu təhlükəli virusa yoluxanlar var. Doğrudur, qəhrəman həkimlərimizin səyi nəticəsində bizdə başqa ölkələrə nisbətən ölüm hallarının faizi çox aşağı, sağalanlar və evə buraxılanların sayı daha çoxdur. Lakin təhlükə tam aradan sovuşmayıb və bunu əhalimiz də düzgün dərk etməlidir. Bəzən insanlar arasında “koronavirus yoxdur!”, “koronavirus bir oyundur!”, yaxud da “bu virus bəzi hegemon dövlətlərin dünya əhalisinə repressiv tədbirləri üçün lazımdır!” və s. bu kimi fikirlər və şayiələr dolaşır. Sosial şəbəkələrdə bu barədə qeyri-sağlam düşüncələrə, hətta aqressiv ittihamlara da rast gəlirik. Qərbdə belələrinə “koronaidiotlar” deyilir və onlara qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər də görülür.
Qeyd edim ki, virusdan qorunmaqla bağlı qaydalara və metodiki göstərişlərə əməl etmək hamımızın borcudur. Kimsə düşünməsin ki, ona heç nə olmaz. Mən mətbuatda və televiziyada dəfələrlə bəyan etmişəm ki, virus çox qorxuludur və hər kəs yoluxa bilər. Bizim sağlam həyatımız ətrafımız, ailəmiz, övladlarımız, vətəndaşılarımız və dövlətimiz üçün vacibdir. Buna görə də hər bir kəs öz məsuliyyətini ciddi dərk etməli, Operativ Qərargahın göstərişlərinə düzgün əməl etməlidir. Xüsusilə ictimai yerlərdə, nəqliyyatda məsafə saxlanılmalı, maskalardan istifadə edilməlidir".
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər