Qarğıdalı əkənlərə hər hektar üçün 60 manat pul veriləcək - Hökumətdən qərar

img

23-05-2020 [19:48]


Baş Nazir Əli Əsədov kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə vəsait ayrılması barədə sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat məbləğində vəsait ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaq-iqlim xüsusiyyətləri, suvarma imkanları nəzərə alınmaqla təkrar qarğıdalı əkinləri üçün uyğun ərazilərin müəyyən edilməsi və suvarma suyu ilə təminatı istiqamətində tədbirlər görmək, 2020-ci ilin məhsulu üçün təkrar qarğıdalı əkini aparan kənd təsərrüfatı məhsullarının istehsalçılarına qarğıdalı toxumunun alınması məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsaitin verilməsini təmin etmək tapşırılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:59 24.05.2020

NANKORLUQ...