"Mövcud borcun üstünə borcun gəlməsi daha çox bizi riskə ata bilər" - “Azəriqaz”ın rəhbəri sahibkarlara səsləndi
23-05-2020 [18:27]
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şəmkir Regional Qaz İstismar İdarəsinin xidmət göstərdiyi rayonlardan olan sakinlərlə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçirib.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Mia.az-a verilən məlumata görə, Şəmkir Regional Qaz İstismar İdarəsinə gələn vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb.
Belə ki, onlar idarəyə daxil olmazdan öncə dezinfeksiyaedici məhlullarla əllərini təmizləyib və qoruyucu tibbi maskalarla təmin ediliblər.
Qəbula gələn vətəndaşlar növbəli şəkildə fikirlərini səsləndiriblər.
Birliyin Baş direktoru ilə söhbətləri zamanı onların əksəriyyəti əsasən yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib.
Qəbulun gedişatında ən çox diqqət çəkən məqam Şəmkir rayonunda fəaliyyət göstərən istixana sahibləri ilə olub.
Baş direktor video bağlantıda istixana sahibləri ilə söhbətində bunları qeyd edib: “Mövsüm başlayarkən borcların gözlənilməsi və s. məsələlərdə güzəştlərin tətbiqi üçün biz nə lazımdırsa, edə bildik. Yəni özümüzü riskə atmış olsaq belə, sizə söz verdik ki, sahibkarlara dəstək olaq və sözümüzün üstündə də durduq. Öz gücümüzə, humanistlik prinsiplərinə söykənərək sizə köməklik etmişik. Bilməlisiniz ki, biz qazı aldığımız təşkilata həmin qazın dəyərini aldığımız anda da ödəyirik. Yəni bu təşkilat bizi gözləyə bilməz ki, siz sahibkara güzəşt etmisiniz və bu məbləği almısınız, yoxsa yox. Bu, onlar üçün maraqlı olmayan tərəflərdir.
Düzdür, Şəmkir zonasında istixana fəaliyyəti ilə çoxdan məşğul olunmasına baxmayaraq, bu gün Salyan zonasında sizin bölgədən də çox istixana var, lakin problemləri sizdəki kimi deyil. Onlar mövsüm boyu borclarının verilməsi ilə bağlı sıxıntı yaşamadılar. İndi yeni mövsüm başlayanda bizim üçün də sizə qazı vermək çətin olacaq.
Yəni yenə güzəşt olunması, mövcud borcun üstünə borcun gəlməsi daha çox bizi riskə ata bilər. Belə bir addımı atmaq üçün çətin ki, imkanımız olsun. Siz borcu verməsəniz, işçilərin əmək haqlarını ödəyə bilmirik. Payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı var ki, onu icra etməkdə problemlərlə qarşılaşa bilərik. Ona görə də hazırda istixanalarla bağlı çətin bir məqam yaranıb”.
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb