Prezident hərbi qulluqçularla bağlı yeni qanunu təsdiqlədi - Nələr var? + DETALLAR
22-05-2020 [16:38]
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Mia.az xəbər verir ki, bu qanun 2020-ci il iyunun 1-dən qüvvəyə minəcək. Sənədə aşağıdakı dəyişikliklər edilib.
1.1. 16.3-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz.”.
1.2. 28.4.6-сı maddə aşağıdakı redaksiyada verilsin:
“28.4.6. hərbi qulluqçulara.”.
1.3. 30-cu maddə üzrə:
1.3.1. 30.1-ci maddədə “ayrı-ayrı növlərinə görə” sözlərindən sonra “üç gündən” sözləri əlavə edilsin;
1.3.2. 30.2-ci maddədə “həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları” sözləri “habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular” sözləri ilə əvəz edilsin.
1.4. 31.4-cü maddədə “üçdə” sözü “dörddə” sözü ilə əvəz edilsin.
1.5. Aşağıdakı məzmunda 31.4-1-ci maddə əlavə edilsin:
“31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.”.
1.6. Aşağıdakı məzmunda 34-1-ci maddə əlavə edilsin:
“Maddə 34-1. İnzibati xətaya görə daha yüngül inzibati tənbeh tətbiq etmə
Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir.”.
1.7. 39.2-ci maddədə “227-ci maddəsində” sözləri “227, 232-1-ci və 351-1-ci maddələrində” sözləri ilə əvəz edilsin.
1.8. 43-cü maddə üzrə:
1.8.1. 43.1-ci maddədə “197” rəqəmlərindən sonra “, 198.2, 198.3” rəqəmləri, “229,” rəqəmlərindən sonra “232-1,” rəqəmləri və “351,” rəqəmlərindən sonra “351-1,” rəqəmləri əlavə edilsin;
1.8.2. 43.4-cü maddədə “Bu Məcəllənin” sözlərindən sonra “610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin” sözləri əlavə edilsin.
1.9. 53.0.10-cu maddədə “227-ci maddəsində nəzərdə tutulan” sözləri “Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda” sözləri ilə əvəz edilsin.
1.10. 54-cü maddə üzrə:
1.10.1. 54.2-ci maddədə “və 606.1-ci” sözləri “, 606.1 və 610-618-ci” sözləri ilə əvəz edilsin;
1.10.2. 54.3-cü maddədə “qərardaddan” sözündən sonra “onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində” sözləri əlavə edilsin.
1.11. 88.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 88.1.7-ci maddə əlavə edilsin:
“88.1.7. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - hərbi xidmət əleyhinə olan inzibati xəta törədildikdə.”.
1.12. 89.4-cü maddədə “və ya 535-ci,” sözləri “, 535 və 610-618-ci” sözləri ilə əvəz edilsin.
1.13. Aşağıdakı məzmunda 99.3-1-ci maddə əlavə edilsin:
“99.3-1. Bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin mövcudluğu ilə bağlı bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün zəruri məlumatları toplayaraq ərazi üzrə müvafiq hərbi prokurora göndərir.”.
1.14. 99.4.3-cü maddədə “qərardad” sözündən sonra “(qərar)” sözü əlavə edilsin.
1.15. 102.1-ci maddədə “qaydaları” sözündən sonra “, hərbi xidmət” sözləri, “227-ci,” sözlərindən sonra “232-1-ci, 351-1-ci,” sözləri əlavə edilsin.
1.16. 103.1-ci və 103.2-ci maddələrdə “prokurorun qərarı” sözləri “prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol” sözləri ilə əvəz edilsin.
1.17. 129.1.2, 130.1-ci və 130.2-ci maddələrdə “şikayət” sözündən sonra “və ya protest” sözləri əlavə edilsin.
1.18. 156-cı maddə üzrə:
1.18.1. 156.2-ci maddədə “tətbiq edilmiş şəxslər” sözü “tətbiq edilmiş bu Məcəllənin 610—618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda, digər şəxslər isə” sözləri ilə əvəz edilsin;
1.18.2. 156.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“156.3. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir.”.
1.19. 198.0-cı maddə üzrə:
1.19.1. maddənin sanksiyasında “min manatdan iki” sözləri “beş yüz manatdan” sözləri ilə əvəz edilsin;
1.19.2. 198.0-cı, 198.0.1 – 198.0.10-cu maddələr müvafiq olaraq 198.1-ci, 198.1.1 – 198.1.10-cu maddələr hesab edilsin və aşağıdakı məzmunda 198.2-ci və 198.3-cü maddələr əlavə edilsin:
“198.2. Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə —
min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
198.3. Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda —
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.”.
1.20. Aşağıdakı məzmunda 215.4-cü maddə əlavə edilsin:
“215.4. Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə —
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.”.
1.21. Aşağıdakı məzmunda 232-1-ci maddə əlavə edilsin:
“Maddə 232-1. Əmlakı qəsdən məhv etmə və ya zədələmə
Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-
inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür.”.
1.22. 262-ci maddənin “Qeyd” hissəsində “maddədə” sözü “Məcəllənin 262.3-cü maddəsində” sözləri ilə, “min manatadək olan” sözləri “beş min manatdan yuxarı olmayan” sözləri ilə əvəz edilsin.
1.23. Aşağıdakı məzmunda 351-1-ci maddə əlavə edilsin:
“Maddə 351-1. Nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma
Dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması —
inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl külli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.”.
1.24. 398-ci maddənin “Qeyd” hissəsinin 1-ci bəndində “iyirmi” sözü “əlli” sözü ilə əvəz edilsin.
1.25. 420-ci maddənin “Qeyd” hissəsinin 2-ci bəndində “yüz” sözü “iki yüz” sözləri ilə əvəz edilsin.
1.26. 431-ci maddənin “Qeyd” hissəsində “yüz” sözü “iki yüz” sözləri ilə əvəz edilsin.
1.27. 449-cu maddənin “Qeyd” hissəsində “iyirmi” sözü “əlli” sözü ilə əvəz edilsin.
1.28. 460-cı maddənin “Qeyd” hissəsinin 1-ci bəndində “iyirmi” sözü “əlli” sözü ilə əvəz edilsin.
1.29. 479-cu maddə üzrə:
1.29.1. sanksiyada “altmış faizindən yüz” sözləri “qırx faizindən altmış” sözləri ilə əvəz edilsin;
1.29.2. “Qeyd” hissəsində “dörd” sözü “əlli” sözü ilə əvəz edilsin.
1.30. 480-ci, 481-ci və 482.1-ci maddələrin sanksiyasında “altmış faizindən yüz” sözləri “qırx faizindən altmış” sözləri ilə, 482.2-ci maddənin sanksiyasında “yüz” sözü “altmış” sözü ilə əvəz edilsin.
1.31. aşağıdakı məzmunda 41-ci fəsil əlavə edilsin:
“FƏSİL 41
Hərbi xidmət əleyhinə olan inzibati xətalar
Maddə 610. Rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin şərəf və ləyaqətini alçaltma
Rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar şərəf və ləyaqətini alçaltma —
on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.
Maddə 611. Tabelikdə olan hərbi qulluqçunun şərəf və ləyaqətini alçaltma
Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması —
on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.
Maddə 612. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma
612.1. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi —
on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
612.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu tətbiq etməklə özgənin az miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə —
bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd:
1. Bu Məcəllənin 612.1-ci maddəsində nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
2. Bu Məcəllənin 612.2-ci maddəsində “az miqdar” dedikdə, yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür.
Maddə 613. Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə
613.1. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin üç gündən çox olmayaraq törədildikdə —
on günədək müddətə inzibati həbs tətbiq olunur.
613.2. Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə —
iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.
613.3. Bu Məcəllənin 613.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-
on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.
613.4. Bu Məcəllənin 613.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Maddə 614. Hərbi əmlakı itirmə, məhv etmə və ya zədələmə
614.1. Hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla itirilməsi—
on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
614.2. Silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular və ya hərbi texnika istisna olmaqla sair hərbi əmlakı qəsdən az miqdarda məhv etmə və ya zədələmə -
on beş gündən iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd:
1. Bu Məcəllənin 614.1-ci maddəsində nəzərdə tutulmuş əməl mühüm zərər vurduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
2. Bu Məcəllənin 614.2-ci maddəsində “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür.
Maddə 615. Silahla və yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma
Silahla, hərbi sursatla, radioaktiv materiallarla, partlayıcı maddələrlə, habelə ətrafdakılar üçün yüksək təhlükə törədən maddə və əşyalarla davranış qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurduqda —
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Maddə 616. Maşınları idarəetmə və istismar qaydalarını pozma
Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda -
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.
Maddə 617. Hərbi uçuş aparatlarının istismar qaydalarını pozma
617.1. Hərbi uçuş aparatlarının uçuş, uçuşa hazırlıq və ya sair istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda —
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.
617.2. Bu Məcəllənin 617.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda —
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Maddə 618. Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma
618.1. Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda —
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur.
618.2. Bu Məcəllənin 618.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda —
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.”.
İndoneziyada içində 65 nəfərin olduğu bərə batıb: 38 nəfər itkin düşüb, 4 nəfərin isə cəsədi tapılıb
"Hizbullah" lideri: "Bizi tərksilah etmək istəyirlər, ancaq..."
Müəllimə onu qaçıranları məhkəmədə bağışladı
Azərbaycan nefti bir dollar qalxdı
"Azəriqaz"da "optimallaşdırma" siyasəti: aşağılar ixtisar edilir, yuxarılar isə..." - FOTO
Qırğızıstan pezidenti Azərbaycana ikigünlük səfərə gəlir
“Azevrotel”in direktoru dəyişib - Yeni təyinat (Özəl)
Zabrat və Hövsanda bu gün qaz olmayacaq
"Kəssam Tuqayları" ilə "Qüds sərdarələri" İsrail ordusu ilə döyüşə giriblər - "Onlarla hərbçini vurduq"
Türkiyədə təyyarə qəzasına düşən biznesmen həlak olub - Arvadı isə möcüzə sayəsində sağ qalıb
Ərəb ölkələri İsrail etiraz edib
10 yaşlı gimnast "Sarı gəlin"in sədaları altında uğur qazandı
Oğurlanan 757 illik əlyazma Bəhreyndən geri gətirilib - FOTO
Qəzzada daha 116 nəfər ölüb - Bir ailə isə tamamilə yox edilib
Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb
İspaniyada meşə yanğını: 2 nəfər yanaraq ölüb
Ağcabəddə 18 yaşlı gənc kanalda boğulub
Türkiyədə iş adamı və arvadı təyyarə qəzasında öldü
"Kurtlar Vadisi"nin "Cevat"ı öldü - "Rahat yat, qardaş!"
Almaniya kansleri vacib sualdan yayındı - "Bu, qəbuledilməzdir"
İran: "Nüvə sənayesini bombalamaqla məhv etmək olmaz" - "Güclü deyilsinizsə, sağ qala bilməzsiniz"
Azərbaycan və Özbəkistan prezidentləri görüşüb, yeni sənədlər imzalanıb - FOTOLAR (YENİLƏNİB)
Yekaterinburqda daha bir Azərbaycan vətəndaşı həbs olunub
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - DETALLAR
Qəzzada son 24 saatda 142 nəfər öldürülüb
"Beşiktaş" bəyənmədi - "Liverpul"la anlaşdı
RƏSMİ BAKIDAN RUSİYA XİN və SƏFİRLİYƏ CAVAB: "Vəziyyəti daha da gərginləşdirən addmlar atmayın"
"Azneft" Istehsalat Birliyi ləğv olunur? - Komitə sədri "Görəsən, işçilər bu dəfə hansı dili öyrənəcək?", - deyə sual edir
Xüsusi icra məmurları ilə bağlı yeni qanun hazırlanır
Əminə Ərdoğan Roma Papası ilə görüşüb - FOTO
Ərzurumda zəlzələ olub - 4,1 bal gücündə
İsrail ordusu Ramallahda evləri dağıdıb
"Beşiktaş" klubu məşhur italyan hücumçu ilə vidalaşıb
Vəkil bürolarında yoxlama olub
KTN-in işçiləri rüşvət alıblar
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşüb
RUSİYA SƏFİRİ XİN-ə ÇAĞIRILDI - Rəsmi Bakıdan moskvaya etiraz
DAHA ÜÇ İTKİN DÜŞMÜŞ ŞƏHİDİN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİ - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Moskvanın Cənubi Qafqaz siyasəti və... - TƏHLİL
Bakıda böyük söküntü işi başlayır - YENİ KOMİSSİYA YARADILDI
Filippində güclü yanğın... - Minlərlə insan evsiz qalıb
Yunanıstanda məhbuslar qiyama qalxıb - Həbsxana yandırılıb
Ərdoğanı təhqir edən 42 nəfər tutulub - "Heç kim nifrət və təxribat zəhərini küçələrə daşıya bilməz"
Kəbirə-Tibb Mərkəzi satılıb