"Şuşanı gedib almaq lazımdır” - Deputat

img

22-05-2020 [15:56]


“Mən bu məsələ ilə bağlı artıq müzakirələrdə iştirak etmək istəmirəm. Şuşanı gedib almaq lazımdır”. 

Bu sözləri Yenisabah.az-a Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Şuşada qondarma Dağlıq Qarabağ Respublikasının yeni “prezidentinin” “andiçmə mərasimi”nə münasibət bildirərkən deyib.

Deputat əlavə edib ki, artıq bu mövzuda sözü tükənib. “Nə deyim? Artıq deyəcək sözüm yoxdur. Deyəcəklərimi demişəm. Nə qədər danışmaq olar? Hesab edirəm ki, əlverişli şəraiti gözləməliyik və bu şərait yetişən kimi Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad eləməliyik. Vəssalam. Artıq nə deyim?”, - deyə Fəzail Ağamalı vurğulayıb. 

Şuşada keçirilən “andiçmə mərasimi” Azərbaycan cəmiyyətində hiddətlə qarşılanıb. Sosial şəbəkələrdə ölkə rəhbərliyinə bu tədbiri pozmaq, hətta Şuşanı vurmaq barədə çağırışlar edilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR