Pakistanda sərnişin təyyarəsi qəzaya uğradı, 107 nəfər öldü - VİDEO

img

22-05-2020 [16:25]


“Pakistan Hava Yolları” (Pakistan International Airlines) şirkətinə məxsus "Airbus 320" sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Al Arabiyya” xəbər verir ki, qəzaya uğrayan layner ölkənin Karaçi şəhərinin yaxınlığındakı yaşayış evlərinin üzərinə düşüb.

Məlumata görə, Lahor şəhərindən gələn təyyarənin göyərtəsində 95 nəfər olub. “Sky News”un məlumatına görə isə, göyərtədə 107 sərnişin olub. Ölənlərin sayı dəqiqləşdirilir. 

Hadisə yerinə xeyli sayda yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub.

*** 

Qəzaya uğrayan sərnişin təyyarəsində azı 107 nəfər olub. 

Bu barədə məlumat “Al Arabiya” yayıb. 

Məlumata görə, təyyarənin göyərtəsində azı 99 sərnişin və 8 ekipaj üzvü olub/Report.

***

Pakistanda 99-u sərnişin və 8 ekipaj üzvü olan minik təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan hər kəs həlak olub.

“Report” "Sky News"a istinadən xəbər verir ki, bunu Pakistanın Karaçi şəhərinin meri açıqlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR