"O, heç vaxt mənim nazirim olmayıb" - Kənandan Əbülfəs Qarayevin vəzifədən azad olunmasına istehzalı reaksiya

img

21-05-2020 [19:35]


“Mədəniyyət naziri Əbülfəs Qarayevin işdən çıxarıldığını oxudum, məni ağlamaq tutdu”.

Bu sözləri musavat.com-a açıqlamasında rejissor Kənan M.M deyib.

O, nazirin işdən çıxarılmasına istehza ilə yanaşıb:

“Hazırda çəkilişdəyəm. Ölkədə olanlardan xəbərim yox idi. Əbülfəs Qarayevin nazir postundan getmə xəbəri məni çox ”üzdü”, “ağlamaq” tutdu. Əbülfəs Qarayev və Mədəniyyət Nazirliyində rəhbər postlarda oturanlar Kənan M. M-i tanımırdı, ya da tanımaq istəmirdi. Öz mədəniyyət işçilərini, sənətçilərini görməyən nazirin getmə vaxtı idi. Əbülfəs heç vaxt mənim nazirim olmayıb. O vaxt da deyirdim, indi də deyirəm. Elə bu mövqeyimə görə heç vaxt fəxri adım olmayıb. İnanıram ki, yeni nazir əvvəlki haqsızlıqları etməyəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR