Belarusun "Torpedo-BelAz" klubunun 2 futbolçusunda koronavirus aşkarlanıb

img

21-05-2020 [17:53]


Belarusun "Torpedo-BelAz" klubunun 2 futbolçusunda koronavirus aşkarlanıb.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, qapıçı Vladimir Buşma və yarımmüdafiəçi Mixail Afanasyevdən götürülən testlərin nəticəsi müsbət çıxıb.

Onlarla yanaşı elita təmsilçisinin daha 2 üzvü - Maksim Bordaçyov və Andrey Xaçaturyanın da virusa yoluxduğu ehtimal olunur.

Sözügedən futbolçular bu gün X turun "Neman"la matçında iştirak etməyəcəklər.

Qeyd edək ki, daha əvvəl yüksək və I liqa klublarının bəzi oyunçularında da koronavirus infeksiyası aşkarlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR