Bakı AVRO-2020-ni qəbul etmək üçün təminat verib

img

21-05-2020 [17:34]


Bakı 2021-ci ildə keçiriləcək Avropa çempionatının matçlarını qəbul etməyə hazırdır.

Bunu AFFA-dan açıqlayıblar.

Bildirilib ki, hökumət oyunların keçirilməsi ilə bağlı bütün təminatları verib: “AFFA artıq rəsmən AVRO-2020-nin 2021-ci ildə keçiriləcək 4 oyununun Bakıdakı təşkilinə razılığı ilə bağlı UEFA-nı məlumatlandırıb. Bütün təminatlar hökumət tərəfindən verilib. İmzalanmış sənədlər UEFA-ya göndərilib”.

Qeyd edək ki, 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək AVRO-2020-nin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR