"Gənclik"də intihar etmək istəyən qadın xilas edildi

img

21-05-2020 [14:52]


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda (Həsən Əliyev küçəsində) qadının körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

Nazirlikdən Mia.az-a verilən məlumata görə, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və ərazidə müvafiq təhlükəsizlik (xilasetmə çadırının açılması, çəpərləmə, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması) tədbirləri həyata keçiriblər. 

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə vətəndaşın özünə suiqəsd etmək istəyinin qarşısını alıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR