Lənkəranda 4 kəndə nəzarət gücləndirilib - Reportaj + FOTOLAR
21-05-2020 [12:49]
Astaradan gəlib çıxdıq Lənkərana... İndi hamı intizarla gözləyir ki, İranla sərhəd olan Astara yox, niyə məhz Lənkəranda koronavirusun daha çox yayılmasının səbəblərini yazaq.
Bura Kamyunun “Taun” romanındakı Oran şəhəri kimi olmasa da, virusla bağlı narahatlığa əsaslar çoxdur. Doğrudan da “cənub mirvarisi” indi Operativ Qərargah tərəfindən “qırmızı zona”lardan biri elan edilib.
Məlumdur ki, hazırda Gəncə, Yevlax, Lənkəran və təbii ki, Bakı koronavirusun aktiv ocaqları hesab olunurlar. Biz Lənkəranda olarkən sakinlərdən öyrəndik ki, yoluxma əsasən kəndləri əhatə edib. Yəni şəhərin özündə infeksiyaya yoluxanlar azdır.
Ona görə də Lənkəranın həm Bakı, həm Astara istiqamətindən girişində, o cümlədən adını aşağıda qeyd edəcəyimiz kəndlərdə postlar qurulub, nəzarət gücləndirilib.
***
Sakinlərin sözlərinə görə, əsasən Boladi, Vilvan, Şağlaser və Separadi kəndlərində koronavirusa kütləvi yoluxanlar olub. Belə ki, ailədə bir nəfərdə yoluxma qeydə alınıbsa, ardınca evdə və qonşuda olanlara da keçib.

Sakinlərin dediyinə görə, əvvəlcə Boladi kəndindən bir nəfər Bakıya xəstəxanaya aparılıb. Virusa yoluxmuş həmin şəxs vəfat edib və kəndinə gətirilərək dəfn olunub. Onunla təmasda olan ailə üzvləri də yoluxublar. Daha sonra yoluxmada artım baş verib.
Öyrəndik ki, koronavirus şübhəsi ilə gətirilənlər əvvəlcə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında test edilir, əgər kimdəsə pozitiv çıxırsa, ya Masallı, ya da Astaradakı xüsusi karantin rejimli xəstəxanalarda müalicə olunurlar.
Sakinlər bildirirlər ki, kəndlərdə yoluxmalara səbəb həm də insanların açıq havada əkin-biçində işləmələri, özlərini soyuğa verib xəstələnmələridir.
Hazırda Şağlaser kəndində virus sönməyə doğru getsə də, Boladi, Vilvan, Separadi kimi yerlərdə epidemiya qalır.
Biz Separadı kəndi istiqamətinə yollandıq və burada polis postları qurulduğunu, kənddə virus yayıldığı üçün insanların hərəkətinə məhdudiyyət qoyulduğunu gördük.

Sözsüz ki, bu da virusun yayılma arealının qarşısını almağa hədəflənib və Lənkəranın digər kəndlərinə keçməməsi üçün qabaqlayıcı tədbirlər görülür. Kənddə maşınlar, insanlar bir-bir polis tərəfindən yoxlanılır, zərurət olmadığı halda Separadini tərk etməmək tövsiyə edilirdi.
Çünki qonşu Astara, Masallı və digər cənub regionları karantindən demək olar ki, çıxıblar, Lənkəranda isə təhlükə sovuşmayıb. Ehtimal edilir ki, indi yoluxmanın pik dövrüdür və mayın sonuna doğru sönməyə başlayacaq.
***
Sakinlərin eşitdiyinə görə, Lənkəranda koronavirusun yayılmasına səbəb Rusiyadan gələn iki TIR şoferinin virus daşıyıcısı olması imiş. Onlar İrana gedərkən infeksiya yayıblar və getdikcə artıb. Habelə, İrandan gələnlər, xaricdən Lənkəran hava limanına gətirilib karantinə yerləşdirilənlər də infeksiyanın yayılmasında rol oynayıblar. Amma rayon camaatı danışır ki, əgər sərt karantin rejimi tətbiq olunmasaydı, Lənkəranda virusa yoluxmalar ikiqat arta bilərdi. İndinin özündə də karantin rejiminin yumşalmasına, kafelərin və parkların açılmasına baxmayaraq, Lənkəranda insanların özünü qoruduğunu, küçə və parklarda gəzən adamların əksəriyyətinin maskadan istifadə etdiyini gördük.
Eyni zamanda həm Lənkəranın mərkəzi küçələri və parkları, həm də koronavirus yayılan kəndlərin yolları dezinfeksiya edilirdi. Çünki koronavirusa inanmayanlar çox idi və kəndlərdə yoluxmaların olması artıq sakinlərə vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərməkdədir.
Ümumiyyətlə, bir neçə gün qabaq Daxili İşlər Nazirliyi məlumat yaymışdı ki, mayın 1-dən Lənkəranda xüsusi sanitar rejimin nəzarəti gücləndirilib, ayrı-ayrı mobil qruplar yaradılıb, rayon rəhbərliyi ilə hüquq-mühafizə orqanları birgə sakinlərlə maarifləndirici söhbətlər aparırlar, koronavirus təhlükəsinin yan keçmədiyi izah edilir.

Ona görə də kəndlərdəki yoluxma yaxın bir həftə ərzində arta da bilər və odur ki, vacib olmadıqca çölə çıxmamaq tövsiyə edilir. Lənkəranda olarkən 190 manat almaq üçün bankların önünə toplaşan sakinlərin də sosial məsafə saxladığına şahid olduq.
Onlar kəndlərdəki yoluxmadan sonra vəziyyətin ciddi olduğunu anlamaqdadır və heç kəs arzuolunmaz şəraitlə qarşılaşmaq istəməz.
***
Sakinlər deyirlər ki, yoluxanlar hərarət, boğulma halları ilə xəstəxanaya daxil olurlar. Onların sözlərinə görə, sağalanlar da az deyil.
Bildirirlər ki, koronavirus oksigen çatışmazlığı yaradır, ağciyərləri sıradan çıxarır. Əsasən də hansısa xəstəliyi olanlar, immun sistemi zəif adamlar tez yoluxurlar. Bununla belə, karantinin yumşalması səbəbindən rayonda həyat canlanmağa, insanlar SMS icazəsi almadan sərbəst şəkildə küçələrə çıxmağa başlayıblar.
Lənkəranda dükanlar, kafelər, çayxanalar fəaliyyət göstərirlər, insanlar iş-gücünə davam edirlər. Sakinlər deyirlər ki, təmizliyə, gigiyenaya həssaslıq göstərilir, yoluxmanın artacağından ehtiyat edirlər. Lənkəran sakinləri bizimlə söhbətdə deyirlər ki, bu yerin insanları 1990-cı ilin yanvarında sovet qoşunlarının şəhərə hücumunu da görüb, Qarabağda şəhidlər də verib, yəni düşmənin hər üzünə şahiddirlər, indi də gözəgörünməz düşmən - virusla mübarizədən də qalib çıxacaqlar...(“Yeni Müsavat”ın reportyor qrupu)



Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda administrator gecə klubunun qarşısında öldürülüb
"turbo.az”, "tap.az”, topaz-ın sahibi ən varlı adam oldu
"O, məndən yaxşıca istifadə etdi, onun şəxsi həyatına kim qadağa qoyubsa..." - Meyxanaçı Pərviz Türkandan danışdı
Qaz kartlarına niyə pul vurmaq olmur? - Açıqlama
"Təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və..." - Mehriban Əliyeva İlham Əliyevlı birgə fotosunu paylaşdı, mesaj verdi
DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ ƏMLAK PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə belə reaksiya verdi, şirkət, nəhayət, dilə gəldi (VİDEO) - Yenilənib
Sabah Bakıda və Abşeronda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bakıya sulu qar, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
80 yaşlı Misir Mərdanov: "Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər