Azərbaycanda son 4 ayda 12 milyon tondan çox neft hasil edilib

img

21-05-2020 [10:31]


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 12,4 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Azərbaycan Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 11 min ton çox olub. 

Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 8,6 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 2,5 mln. ton təşkil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA