Türkiyədə futbol oyunları bərpa olunur

img

20-05-2020 [19:24]


Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Türkiyə Superliqasının iyunun 12-də bərpa olunacağı dəqiqləşib.

Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir klubların prezidentləri ilə videokonfrans formatında keçirilmiş iclasdan sonra deyib.

TFF rəhbəri bildirib ki, elitada çıxış edən 18 komanda çempionatın sözügedən tarixdə yenidən başlaması üçün ortaq razılığa gəlib. O, yekun qərarın mayın 28-də veriləcəyini söyləyib.

Özdemirin sözlərinə görə, Super Liqa təmsilçilərindən 7-si cari mövsümdə heç bir komandanın aşağı dəstəyə düşməməsini və növbəti mövsümün 21 klubla keçirilməsini təklif edib.

Qeyd edək ki, Türkiyədə yerli liqalar martın 19-da dayandırılıb/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA