Fazil Mustafa: “İndiki prosesdən xalqın normal çıxması bizim qazancımız olacaq” - ŞƏRH
20-05-2020 [15:19]
Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilib. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaradıb.
Dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlü mexanizmlərin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunub. Bununla da dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulub, bütün sahələrdə maliyyə intizamı yaxşılaşıb.
Statistik məlumatlara görə, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21,3% artaraq 1,4 mlrd manatı üstələyib.
Buna paralel olaraq əməkhaqqı fondu da ağarıb. 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artıb, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşür. Ümumilikdə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artıb.
Son illər Azərbaycanda aparılan sosial-iqtisadi islahatları “Report”a şərh edən Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa ölkə başçısının atdığı addımların arxasında vətəndaş-dövlət tərəfdaşlığı dayandığını qeyd edib:
“Azərbaycan sosial dövlətdir və bu istiqamətdə, xüsusilə də koronavirus pandemiyası dövründə vətəndaşın sosial müdafiəsi istiqamətində ciddi addımlar atılır. Təbii ki, burda tam arzuolunan bir yekunlaşma yoxdur, amma iradə ortaya qoyulub. Pandemiya dövründə 190 manatlıq yardım alan insanların sayı əvvəl 200 min idi, sonra 600 minə çatdırıldı və ehtiyacı olan insanların daha çox əhatə olunması istiqamətində addımlar atılır. İctimai iş yerlərinin açılması istiqamətində təkliflər şəbəkəsi genişləndirilir. Düşünürəm ki, bu elə Prezidentin cəmiyyətə verdiyi vədlərin yerinə yetirilməsi istiqamətində nümunəvi bir davranışlardı. Hiss edirsinizsə, artıq cəmiyyətin qarşısında bütün platformalarda ölkə Prezidenti çıxaraq daha açıq və şəffaf prosesin izahını çatdırır. Hətta bir çox hallarda nazirlərin bir qismi ayaqlaşa bilmirlər. Halbuki bu yük Prezidentin tək çiynində olmamalıdır. Daha çox yayğınlaşmalıdır və hər kəs öz sahəsində daha inandırıcı mesajlarla cəmiyyətdə olan narahatlığı ortadan qaldırmalıdır. Məhz bu narahatlığı Prezident ortadan qaldırır”.
Partiya rəhbəri əlavə edib ki, son vaxtlar əmək müqavilələrinin sayının artması da kölgə iqtisadiyyatının həcminin azaldığını göstərir:
“Əmək müqavilələrinin genişləndirilməsi məsələsi də kifayət qədər ciddi məsələlərdən biridir. Amma burada ən vacib məsələlərdən biri sahibkarlığın inkişafı ilə bağlıdır. Bunu ictimai iş yerindən öncə, başqa məsələlərdən də öncə bunun qapısını açmaq lazımdır. Özəlləşmənin müəyyən dərəcədə genişlənməsinə imkan yaratmaq lazımdır. Özəlləşmənin müəyyən çətinləşdirən problemləri ortadan qaldırmaq lazımdır ki, iş həyatı canlansın və itkilərimizi bərpa etmək mümkün olsun. Ona görə də bu sosial siyasətin bu günkü davamı ona indekslənib. Ümid edək ki, bu müsbət nəticələrini verəcək. Ən azından bu prosesdə xalqın normal çıxması bizim bütün hallarda qazancımız olacaq və buna da hər kəs öz töhfəsini verməlidir.
Tenderlərin formallığı aradan qaldırılmalıdır ki, baha qiymətə dövlət büdcəsini talayaraq vəsaitlər alınmasın, daha şəffaf formada həyata keçirilsin ki, həm büdcəyə qənaət olunsun, həm də zəruri malların alınması təmin olunsun”.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)