Ermənistanda daha 230 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb

img

20-05-2020 [11:07]


Ermənistanda daha 230 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 5 271-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha nəfər artaraq 67-ə çatıb.

Ötən sutkada ölənlər 78, 65 və 68 yaşlı kişilərdir. Onların hər üçündə xronik xəstəliklər olub. 

Bildirilib ki, indiyədək 2 419 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 758 aktiv koronavirus xəstəsi var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA