"Məni öldürmək istədilər..." - Zeynəb Xanlarova haqqında yayılan xəbərə belə reaksiya verdi + VİDEO
19-05-2020 [19:48]
Bu gün ölüm xəbəri yayılan Xalq artisti Zeynəb Xanlarova bu barədə müsahibə verib.
Mia.az news24.az-a istinadla Zeynəb Xanlarovanın sağlamlığı, konsert planları, son seçkilərdə deputatlığa niyə namizəd olmaması ilə bağlı danışdığı müsahibəni təqdim edir:
- Necəsiniz, Zeynəb xanım? Çox təəssüf ki, bütün sevənləriniz səhəri üzücü xəbərlə açdı...
- Məni öldürmək istədilər, yalandan xəbər düzəltdilər ki, güya mən vəfat etmişəm. Zeynəb hələ ölməyəcək. Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni allahım, xalqım daim yaşadacaq. Mənə də indi bu xəbərlər haqda dedilər. Zeynəb xalqını, millətini, dövlətini çox sevir və hər zaman da bu sevgiylə yaşayacaq. Özümü çox əla hiss edirəm. Hətta əladan bir az da yuxarı (gülür) Bu xəbərlər məni öldürmür, əksinə ömrümü uzadır, yaşadırlar məni. Mənim üçün pis adam yoxdur, çünki özüm pis deyiləm. Allah yazanlardan da, yazmayanlardan da razı olsun. Allah yazanlara 100 il ömür versin. Mərhum anam hər zaman deyərdi ki, sən 120 il yaşayacaqsan. Səhərə yaxın yuxudan oyandım. Oyanan kimi bu xəbəri eşitdim, təccübləndim. Gör, Azərbaycan xalqı məni nə qədər çox istəyir ki, onların dillərindəyəm, ağıllarındayam. İstəməzdim haqqımda belə sözlər yazılsın. Mən hələ indiyə qədər heç bir həkimin yanına getməmişəm. Yəni heç bir xəstəliyim yoxdur.
- Bildiyimiz kimi solo-konsertinizə hazırlaşırsınız...
- Karantin rejimi olduğundan hələ ki, evdəyəm, dincəlirəm. Arada bağa gedirəm, amma ümumilikdə ev şəraitindəyəm. Baxmayaraq ki, evdəyəm, amma konsertimə hazırlaşıram, ansamblımla məşqlər edirəm. Allahın izniylə noyabrda möhtəşəm konsertimiz baş tutacaq. Camaat məni görməyəndə çox darıxır.
- Bu yaxınlarda "uşaq pulu" məsələsinə görə tənqid olundunuz...
- Xalqımı, millətimi sevən insanam və heç vaxt onların əleyhinə gedə bilmərəm. Gedib Milli Məclisdə yoxlasınlar görüm, mən o sözü nə vaxt demişəm?! Olmayan şeylər yazırlar haqqımda. Onları Allaha tapşırıram. Mən danışanda ancaq mədəniyyətdən, musiqidən söz aça bilərəm. Daha belə məsələlərdən yox. Bu il Milli Məclisə namizədliyimi irəli sürmədim. Bu şəxsi istəyim idi. Çünki mən orda olanda haqqımda cürbəcür şeylər yazırdılar. İllərlə qazandığım hörməti itirməmək üçün getmədim. Bu məsələ mənim yaralı yerimdir. Mən hamını sevirəm, amma bu sözləri yazan şəxs məni sevmir və məni xalqın gözündən salmaq istəyir. Zeynəb heç vaxt xalqın gözündən düşən deyil. Mən daim Milli Məclisin arxa qapısından çıxıram ki, heç kimin gözünə dəyməyim. Çünki haqqımda çox pis şeylər yazan insanlar var, Allahlarını itirirlər. Yaxşının yerinə pis yazırlar. Olan şeyi yazsalar nə olardı ki?
- Altı nəvəniz var. İkinci Zeynəb yetişirmi?
- İndi istirahət edirəm, heç kimlə görüşmürəm. Hətta nəvələrimlə ancaq uzaqdan-uzağa qapının ağzında görüşürəm. Altı nəvəm var. Üç qız, üç oğlan. Nəvəmin biri öz adımı, ikincisi anamın, üçüncüsü isə həyat yoldaşımın adlarını daşıyırlar. Zeynəb, Pəri, Səlim. Dədə-baba yoluyla gedirik.
- Bəs ailənizdə sənətinizi davam etdirən varmı?
- Ailədə bir Koroğlu olar (gülür).
Zeynəb xanım müsahibəsi zamanı dünyanın ən möhtəşəm səhnələrində səsləndirdiyi "Dünyanın xoşbəxti mənəm dünyada" mahnısından News24.az oxucuları və izləyiciləri üçün bir ağız da oxudu.
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO