“Bu gün ölkədə istehsal edilən çiyələyin keyfiyyəti və sortları ixracatçıların istədiyi səviyyədə deyil”

img

19-05-2020 [18:03]


“Bu gün ölkədə istehsal edilən çiyələyin keyfiyyəti və sortları ixracatçıların istədiyi səviyyədə deyil”.

Bunu “Report”a Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev deyib. 

B.Quliyevin sözlərinə görə, çiyələyin həm çeşidlər, həm yetişdirmə texnologiyası üzərində işləmək və məhsulun rəqabətqabiliyyətli olması üçün keyfiyyət səviyyəsini qaldırmaq lazımdır: “Lakin hazırda bunu görmürük. Biz sözügedən məhsulu tədarük edib Rusiya bazarlarına göndərmək istəyirdik, lakin həm çeşid baxımından, həm də keyfiyyət baxımından yüksək dərəcədə becərilmədiyini gördük”.

“İnanıram ki, Azərbaycan istehsalı olan çiyələklərin ixrac potensialı artacaq. Bu sahədə ixtisaslaşmış ölkələr var. Azərbaycan pomidor ixracında naliyyətlər əldə etdiyi kimi, bu hal çiyələk ixracında da olacağına inanıram”, - o, əlavə edib.

Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 429 milyon ABŞ dolları dəyərində və ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çox ixrac reallaşdırılıb.

Birinci rübdə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (43,9 milyon ABŞ dolları) I, pambıq mahlıcı (42,8 milyon ABŞ dolları) II, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 36,3 milyon ABŞ dolları) III olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR