UEFA Azərbaycan komandalarına pul köçürdü - "Qarabağ"dan başqa

img

19-05-2020 [16:55]


UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klublardan 7-si üçün növbəti ödənişlər edib. 

Mia.az AFFA-ya istinadla bildirir ki, vəsait 2018/2019-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramını əhatə edib.

Ödəniş yalnız qrup mərhələsində çıxış etmiş "Qarabağ"a olunmayıb. 

Digər klubların hər birinə isə UEFA 15 min 446.42 avronu AFFA-nın vasitəçiliyi ilə köçürüb. 

Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR