135 773 vergi ödəyicisi yardım üçün müraciət edib - İqtisadiyyat Nazirliyi açıqlama yaydı

img

19-05-2020 [15:20]


Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

Mia.az İqtisadiyyat Nazirliyinə istinadla bildirir ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, indiyə qədər Nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 27 557 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 108 216 fərdi (mikro) sahibkar, ümumilikdə 135 773 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 255 313 işçini əhatə edən 27 557 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyə qədər təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin məbləği 93,95 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin məbləği isə 47 milyon manat təşkil edir. Mayın 18-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 22 682 vergi ödəyicisinə 199 449 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 69,1 milyon manat vəsaitin köçürülməsini təmin edib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 100 690 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin məbləği 58,5 milyon manat təşkil edir. Mayın 18-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 55,95 milyon manat vəsaitin 95 271 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsini təmin edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub