XİN başçısı Lavrovla nələri müzakirə etdi? - Telefon söhbəti

img

19-05-2020 [14:43]


Mayın 19-da Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə telefon söhbəti baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, nazirlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığından sonra verilmiş tapşırıqlara uyğun olaraq, Rusiya Federasiyasının Dağıstan Respublikasında Azərbaycan vətəndaşlarının yığılması ilə əlaqədar vəziyyəti və məsələnin həlli üçün hər iki ölkə tərəfindən əlaqəli şəkildə atılmalı addımları müzakirə ediblər.

Tərəflər ikitərəfli strateji münasibətlərin inkişafı, o cümlədən iqtisadi və ticarət əlaqələrinin, yükdaşımaların genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi həyata keçiriliblər. Nazir Elmar Məmmədyarov həmkarını ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirilmiş ən son video-konfrans formatında görüşü barədə məlumatlandırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR