"Neftçi"nin sabiq icraçı direktoruna yeni vəzifə verildi

img

19-05-2020 [13:39]


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni təyinat olub.

Məlumata görə, Elnur Məmmədov akademiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinin icrasına başlayıb. O, yeni təyinatadək Azərbaycan Voleybol Federasiyasında idman şöbəsinin müdiri olub. 

Daha əvvəl isə o, futbol sahəsində çalışıb. Fəaliyyətinə AFFA-da infrastruktur və İT üzrə direktor vəzifələrində başlayan E.Məmmədov 2014-cü ilin oktyabrından 2016-cı ilin sentyabrınadək "Neftçi"də vitse-prezident və icraçı direktor olub/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR