İngiltərə klublarının məşq etmələrinə icazə verildi

img

18-05-2020 [17:53]


Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan İngiltərə Premyer Liqasının bərpası üçün ilk addım atılıb.

Məlumata görə, çempionatın səhmdarları klubların sabah günortadan kiçik qruplar şəklində məşqlərə başlamasına yekdilliklə səs veriblər.

"Təlimə qayıdış" protokolunun ilk bəndi komandalara sosial məsafəni qorumaq şərtilə məşq etməyə icazə verir. Yaxın təmas məşqləri isə hələlik qadağan olunur.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunları martın 13-də qeyri-müəyyən müddətədək təxirə salınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 27.05.2020

Çempion intihar etdi