"Rubin"in 24 yaşlı futbolçusu koronavirusa yoluxub 

img

18-05-2020 [15:56]


Rusiyanın "Rubin" klubunun futbolçusu Konstantin Pliyev koronavirusa yoluxub. 

"Report" Kazan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin testi müsbət nəticələnib.

Rusiyalı oyunçu hazırda özünü yaxşı hiss edir və Vladiqafqazda həkimlərin nəzarəti altındadır. O "Rubin"in digər futbolçuları ilə ünsiyyətdə olmayıb. 

Qeyd edək ki, daha öncə "Lokomotiv"in futbolçusu Cefferson Farfanda koronavirus aşkarlanıb. Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR