Dünya neft bazarında qiymətlər artmağa başlayıb

img

18-05-2020 [12:28]


Dünya neft bazarında tələbatın artması meylləri ilə yanaşı, qiymətlər də artmağa başlayıb.

Bu gün keçirilən hərraclarda “Brent” markalı neftin qiyməti 3,35 faiz artaraq 33,59 ABŞ dollarına, “WTI” markalı neftin isə iyun fyuçersləri 4,35 faiz artaraq 30,71 dollara, iyul fyuçersləri 4,17 faiz artaraq 30,75 dollara çatıb.

Qeyd edək ki, “WTI” markalı neftin qiyməti 17 mart tarixindən etibarən ən yüksək səviyyəyə çatıb. Bunun da başlıca səbəbləri kimi hasilatın get-gedə azalması, habelə koronavirusun yayılması ilə bağlı daha əvvəl tətbiq edilmiş məhdudiyyətlərin bir çox ölkələrdə tədricən ləğv edilməsi nəticəsində tələbat artımını göstərən əlamətlər göstərilir.

Eyni zamanda, ABŞ-da qazma qurğularının azalması ilə neft anbarlarında yer çatışmazlığına dair şübhələr də zəifləyir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR