Çinin ən iri bankının rəhbəri saxlanıldı - Korrupsiya ittihamı ilə

img

14-05-2020 [20:29]


Çinin ən iri kommersiya banklarından olan "China CITIC Bank Corporation Limited"in sabiq prezidenti Sun Deşun çoxsaylı korrupsiya əməllərində şübhəli bilinərək saxlanılıb.

Bu barədə Çin Ali Xalq Prokurorluğu məlumat yayıb. Bildirilir ki, sabiq prezident vəzifə səlahiyyətlərindən sui istifadə edərək, müxtəlif şəxslərdən külli miqdarda nəğd pul və qiymətli hədiyyələr qəbul edib. Çin Dövlət Nəzarət Komitəsinin onun haqqında başladığı cinayət işi üzrə təhqiqatı hazırda Cinan şəhər prokurorluğu aparır. Yaxın vaxtlarda cinayət işi üzrə məhkəmə iclasının keçirilməsi gözlənilir.

Qeyd edək ki, CITIC bankı aktivlərinin ümumi dəyərinə (475 milyard ABŞ dolları) görə Çində 7-ci sıradadır. Ölkədə 773 ofisi və 700-dən çox filialı olan bank 130 dövlətin bankları ilə əməkdaşlıq edir/Azərtac.


Digər xəbərlər
SON XƏBƏRLƏR