Xanəndədən nazirlikdəki həbslərə reaksiya: "Boyunuzu yerə dürtüm..."

img

14-05-2020 [15:37]


“İndikilərin çoxu fanaqrama oxuyur, deyir ki, hər gün oxuyuruq. Qardaş, bizim vaxtımızda üç gün oxuyurduq, üç gün də dincəlirdik”.

Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, muğam ustadı Süleyman Abdullayev deyib. 

Xanəndə Mədəniyyət Nazirliyində baş verənlərə görə təəssüf hissi keçirdiyini bildirib:

“Mədəniyyət Nazirliyində baş verənlərə görə çox məyus oldum. Boyunuzu yerə dürtüm, binamuslar! Altmış il filarmoniyanın solisti olmuşam. Həmçinin Sabir Mirzəyev də. Bir də savadlı jurnalist üçün ölürəm, burnumun ucu göynəyir. Sözü düz yazan adamdan xoşum gəlir, yoxsa ki, adımdan istifadə edib özündən nəsə yazmasın. İndikilərin çoxu fanaqrama oxuyur deyir ki, hər gün oxuyuruq.

Qardaş, bizim vaxtımızda üç gün oxuyurduq, üç gün də dincəlirdik. Elə oldu ki, toylarda oxuyanlara Əməkdar artist, Xalq artisti fəxri adı verdilər, Süleyman Abdullayevlə və Sabir Mirzəyev isə qıraqda qaldı. Çünki biz sifarişlərə getmədik, pul vermədik. Yenə Allah Zeynəb Xanlarovaya cansağlığı versin ki, o, məni təqdim elədi, rəhbətlik Heydər Əliyev də mənə Əməkdar artist fəxri adı verdi. Bu gün o ada layiq görülən çox sənətçilərimiz var, amma onlar da illərdir kənarda qalıblar. Artıq səksən yaşım var və bundan sonra mənim üçün fəxri ad elə də vacib deyil, neynirəm. Məni o ağrıdır ki, layiq olmayan adamlar bu gün fəxri adla, mənzillə təmin olunurlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR