Neftə təlabat necə olacaq? - Proqnoz

img

14-05-2020 [13:26]


Beynəlxalq Enerji Agentliyi (IEA) 2020-ci il üzrə neftə qlobal tələbatın azalması proqnozunu 0,7 mln. barel/gün artıraraq gündəlik 9,3 mln. bareldən 8,6 mln. barelə endirib.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) may ayı hesabatında qeyd edilib.

Bildirilib ki, ilin II yarısının əvvəlki proqnozdan bir qədər zəif olacağına baxmayaraq bu proqnoz verilib.

Agentliyin proqnozuna görə, II rübdə neftə qlobal tələbat ötən ilin müvafiq dövründən 19,9 mln. barel/gün az olacaq.

Aprel ayında neftə gündəlik tələbat 25,2 mln. barel azalıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR