“MƏDƏNİ” TALANÇILARIN KORRUPSIYA ORTAQLARI... - 20 manatlıq şirkət 50 layihəni necə udub? + ARAŞDIRMA
14-05-2020 [13:08]
Tanınmış iqtisadçı Toğrul Vəliyev Mədəniyyət Nazirliyində həyata keçirilən korrupsiya əməlləri ilə bağlı maraqlı araşdırma aparıb.
Araşdırmada İrəvan Azərbaycan Dövlət Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması layihəsinə ayrılan vəsaitlərin həcmi, tenderdə qalib olan şirkət haqqında ətraflı məlumat verilib.
İqtisadçının "Teleqram" hesabında yayımladığı araşdırmasını oxuculara təqdi edirik:
Mayın 12-si DTX tərəfindən yayılan videoda bir çox maraqlı faktlar əks olunub. Misal üçün, İcra Hakimiyyətlərində keçirilən əməliyyatlardan biz yalnız 20%-nin “otkat” qismində götürüldüyünü öyrəndik, amma indiki məsələ daha aydın vəətraflıdır. Ona görə çalışacağam bir qədər təhlil edim.
Birinci hissə: İrəvan Azərbaycan Dövlət Dram Teatrı binası
2018-ci ilin iyunun 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Binəqədi rayonu ərazisində yerləşən İrəvan Azərbaycan Dövlət Dram Teatrı binasının əsaslı təmiri və yenidənqurulması layihəsinin dəyişikliklərin olunması üçün layihə-smeta sənədlərinin hazırlanması üzrə kotirovkalar sorğusu üsulu ilə satın alınması barədə elan verib.
Müvafiq elanın nəticəsi olaraq iyunun 22-də qalib elan olundu. Bu da “Projekt LTD” adlı bir şirkət idi. Müqavilənin məbləği 49 501 AZN təşkil etdi (açıq tenderin keçirilməsinə düz 500 AZN kifayət etmirdi).
Bu şirkət barədə məlumat tapmaq çətindir. Şirkətin nizamnamə kapitalı 20 AZN-dır və direktoru qismində Bayramova Samirə Tahir qızı çıxış edir. İndiki ünvanı da Nəriman Nərimanov prospekti ev 127, m.5 qeyd olunub. Bu da adi yaşayış binasıdır.
Maraqlıdır ki, şirkətin keçmiş ünvanı Nizami rayonu, E. Süleymanov küçəsi ev 137, m. 23 göstərilirdi. Bu isə hələ də digər layihəçi şirkət olan “Arxin-M LTD”-nın qeydiyyat ünvanıdır. Bu şirkət nisbətən iridir.
Misal üçün, bu ilin fevralında bu şirkət Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 528 min manatlıq tenderində qalib olub. Dövlət satınalmalar reyestrinə görə isə 2017-2018-ci illərdə “Arxin-M LTD” 1,66 milyon manatlıq tenderlərdə qalib gəlib (“Jjurnalistlər binasının” də layihəçisi qismində çıxış edib). Yeri gəlmişkən, “Kompass” bazasına görə şirkətin real ünvanı məhz yuxarıdaki N.Nərimanov prospekti 127-də yerləşir. Faktiki olaraq təxmin edə bilərik ki, “Arxin-M LTD” və “Projekt LTD” bir-birinə bağlı olan şirkətlərdir.
Bu şirkət ilə bağlı bir problem açıqlanmadı. Amma məhz bu şirkətin hazırladığı layihə-smeta sənədləri əsasında İrəvan Azərbaycan Dövlət Dram Teatrı inzibati binasının vəəlavə olaraq 1 mərtəbəli dülgər emalatxanası, 2 mərtəbəli əlavə tikili (emalatxana üçün), 2 ədəd su anbarı, 1 mərtəbəli qazanxana və nasosxana binası və 1 mərtəbəli generator binasının tikintisi layihəsi 11 milyon manata hesablandı.
Eyni ilin dekabrında binanın təmirinə dair tenderin qalibi “Piramida-FR” MMC şirkəti oldu. Müqavilənin məbləği 11 026 699,51 AZN təşkil etdi. Bu dövlət satınalmaları reyestrində məşhur şirkətindir. Əgər reestr üzrə axtarış etsəniz, orada ən azı şirkətin qalib gəldiyi 50 tenderi görə bilərsiz.
Şirkətin hətta saytı da var (2010-2017-ci illər arasında ən azı 1,3 milyon manatlıq tenderlərdə qalib gəlib). Saytında yerləşdirilən məlumatlara görə, şirkət təmir işləri ilə yox, laboratoriyalar üçün avadanlıq satışı ilə məşğuldur (həmçinin onlayn olan idxal-ixrac bazalarına görəən azı 2015-2016-ci illərdə müxtəlif avadanlıqları ölkəyə gətirib).
Amma qalib gəldiyi bütün tenderlər təmir işləri ilə bağlıdır. Maraqlıdır ki, 2018-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhəri səyyar monitorinqinin nəticələrinə görə, şirkətdə müqaviləsiz çalışan işçilər müəyyən olunub.
Şirkətin kimə məxsus olduğunu öyrənmək çətindir, amma reyestr məlumatlarına görə şirkətin qanuni təmsilçisi qismindəƏlövsət Bilal oğlu Orucov çıxış edir. Amma yayılan videoda “şirkətin rəhbəri” qismində Şamxal Ağaşirinov çıxış edir. Reyestrə görə şirkətin rəhbəri dəyişməyib.
Sahibini öyrənmək üçün bu şirkət ilə bağlı olan digər şirkətləri müəyyən etmək lazımdır. Eyni ünvan üzrə daha 3 şirkət qeydiyyatdan keçib: “Piramida-2001” MMC, “Lifttexmontaj” MMC (sonradan ünvanını dəyişdirib) və “A-Marble” MMC.
Sonuncusunun adı isə "Piramida-FR"-nın saytında da qeyd olunur. Başqa sözlə, bu şirkətlər bir-birinə bağlıdırlar.
Amma yalnız biri barədə biz təsisçilərinə dair məlumatı tapa bilərik. Belə ki, “Lifttexmontaj” MMC-nin təsisçisi Şükürov Qüdrət Balaməmməd oğlu idi. Amma təsis olunduğu vaxt şirkətin ünvanı başqa idi. Bununla belə “Piramida-F.R.” şirkəti liftlər ilə bağlı çoxsaylı tenderlərdə iştirak edir (keçən il ərzində Bakı Dövlət Universitetində 22 liftə texniki xidmət və s.). Müəyyən qədər buna əsasən onu lift sahəsi ilə dəəlaqələndirə bilərik (amma “Lifttexmontaj” da bir çox tenderlərdə qalib olur).
Qüdrət Şükürov isə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru idi. Dövlətə məxsus İB birliyində baş direktor olaraq həm lift təmir xidmətləri təklif edən şirkətin təsisçisi qismində çıxış etməsi maraqlı faktdır. Ümumiyyətlə onun adı bir çox korrupsiya faktlarında hallanıb (ən məşhuru “Otis” şirkəti ilə bağlı idi).
İndi onun “Piramida-F.R.” şirkətinə aid olub-olmamasına dair faktlarımız yoxdur. Çünki onun şirkəti ünvanlarını tez-tez dəyişib. Ola bilər ki, bu dəyişkənlik sahiblərin dəyişilməsi ilə bağlı idi. Amma müəyyən müddət “Piramida-F.R.” ilə şirkət bağlı idi. Ən azı 2019-cu ildə isə sahələri də bir-birinə bağlı olub (hər ikisi lift təmiri işlərini yerinə yetirirdilər).
Eyni zamanda “Piramida-F.R.” şirkətinin adı daha bir neçə korrupsiya faktlarında halanıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi şirkətin Xətai rayonunda həyata keçirilən işləri ilə maraqlanmağa başlamışdılar. Tenderlərin kifayət qədər hissəsini isə “Piramida-F.R.” şirkəti udmuşdu (2017-2019-cu illərdə 2,97 milyon manatlıq 3 tenderdə).
Şamxal Ağaşirinovun adı isə “Səma MTK”-nin qanuni təmsilçisi kimi gedir. Bu tikinti kooperativi İnşaatçılar prospektində yerləşir və 2000-ci ildən bəri fəaliyyətdədir. Bu binada vaxtilə “Gündəlik Azərbaycan” və “Realni Azərbaycan” qəzetlərinin redaksiyaları yerləşib.
E. Fətullayevin məhkum edilməsindən sonra məhz Ş. Ağaşirinovun sözlərinə görə “qəzetlərin yerləşdiyi otaqlarda bəzi təhlükəsizlik qaydalarına riayət” olunmadığına görə, redaksiyalar binadan çıxarılıb. Eyni zamanda qanuni təmsilçi qismində “Qlobal Construction and Engineering Company” və “Nur-El” şirkətlərində çıxış edir.
İkincisinə Nabranda yerləşən restoran məxsusdur. Orada yanğın baş vermişdi və məlumatda qeyd olunurdu ki, məhz Ş. Ağaşirinov həm obyektin sahibidir. Ola bilər ki, bütün göstərilən şirkətlərin sahibi məhz Ş. Ağaşirinovdur.
İndi keçək birbaşa korrupsiya faktına. Deməli Zakir Sultanovun dediyindən elə alınır ki, ayrılmış 11 milyon manatdan müvafiq Dövlət Xidmətinə yalnız 6 milyondan bir qədər yüksək məbləğ keçdi. Şirkət rəhbərinin sözlərinə görə isəƏDV ödənildikdən sonra qalan vəsaitin 20%-ni o xidmət rəhbərinə qaytarıb.
20% isə 900 min manatdır (elə alınır ki, şirkətə ümumiyyətlə 5,3 milyon manat qalıb).
Maraqlıdır ki, tikintiyə yalnız 2019-cu ilin iyunun 3-də başlanılıb (2018-ci ilin dekabrında isə pul ayrılmışdı). 2019-cu ilin fevralında əlavə 2 milyon manat ayrılmışdı. Yəni təxmin etmək olar ki, ümumi tikinti 13 milyon manat vəsaitə başa gəlib. Birbaşa tikintiyə isə onun yalnız 3-4 milyon manatlıq hissəsi gedib.
Maraqlıdır ki, bu boyda rüşvət faktına baxmayaraq, şirkət Dövlət Xidməti ilə əməkdaşlığını davam edib.
2019-cu ilin fevralında şirkət Hökumət Evinin 2-ci mərtəbəsində yerləşən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə aid inzibati otaqlarda təmir işlərini də həyata keçirib.
AzPolitika.info
Qəzzada daha 24 fələstinli həlak olub - 5-i uşaqdır
Saatlıda maşın kanala düşüb, bir nəfər xəsarət alıb
Un neçəyədir? - Topdansatış qiymətlər
Prezident İlham Əliyev şirkət rəhbərini qəbul edib - FOTO
"Azərbaycan Dəmir Yolları" QSC-də qalmaqal: tender anlaşması niyə pozulub? - Şikayət var
Türkiyədə 45 minə yaxın azərbaycanlı tələbə təhsil alır
"Bunun baş verməsi üçün ABŞ-ın təzyiqinə ehtiyac var" - Zelenski
Rəsmi Moskva: "Putin və Tramp arasında 40 dəqiqəlik konstruktiv telefon danışığı olub"
ABŞ-da atışma: 1 ölü, 3 yaralı var
Məşhur aktyorun məzarüstü abidəsi 5 aydır düzəlməyib - "Təkcə Rasim Balayev məzar daşı üçün 700 manat köməklik etdi, dedi ki..."
Dövlət Komitəsi: "Bu, qəbuledilməzdir"
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü
"Əgər ölkədə minimum əməkhaqqı 400 manat civarındadırsa..." - Deputat və ekspertdən təhsil haqlarının artırılmasına reaksiyalar
Xocavənddə yanğın törədən şəxslər saxlanılıb
“Misli” futbolumuza nə verib, nə alır? - Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü"
Beyləqanda əməliyyat: 36 yaşlı şəxs saxlanılıb
Çempionlar Liqası: "Qarabağ" bu gün Macarıstanda gücünü sınayacaq
Azərbaycan nefti ucuzlaşdı
İranda su qıtlığı problemi böyüyür - Bəzi barajlar quruyub, bəziləri isə qurumaq üzrədir (SİYAHI)
“Kənd sağlamlıq günləri” İmişli rayonunda - FOTO
“Qarışqadan fil qayıranlar”, yaxud, öyün yıxılsın, ay ChatGPT… - Təbriz VƏFALI YAZIR
"Trabzonspor" 19 yaşlı yarımmüdafiəçini "radar"a alıb
Tramp Zelenski, NATO və Avropa liderləri ilə bir arada: "Biz yaxın gələcəkdə sülhə nail ola bilərik" - Açıqlamalar + FOTOLAR (Yenilənib)
İsrail ordusu mədəniyyət nazirini sərbəst buraxıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
TRAMP ZELENSKİNİ BELƏ QARŞILADI: "Rusiyanı dayandırmağımız lazımdır" - Savaş bitirmi? (VİDEO, FOTOLAR)
Tərtərdə zəlzələ olub
Şabranda Qulu Ağsəsə həsr olunmuş poeziya axşamı keçirilib
Bağça müdiri vəzifəsinə sənəd qəbulu başlayıb
Şəhidlər Xiyabanında əxlaqsızlıq edən əcnəbilər həbs edildi - Məhkəmə qərar verdi + VİDEO, FOTOLAR (YENİLƏNİB)
İsrail səfiri Fəxri və Şəhidlər xiyabanlarında: "Bu ortaq dəyərlərin güclü bir təcəssümüdür" - FOTOLAR
Hindistanda göyərçinlərin bəslənməsi qadağan olundu
Onların general rütbələri təqdim edildi - FOTO
Bakıda bu yollar 10 gün müddətinə bağlandı - SİYAHI
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
Rezidenturaya qəbulun nəticələri açıqlandı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Nottingem Forest" hücumçu transfer edib
Qəzzada aclıq: ölənlərin sayı 263-ə çatıb
Axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Ağdamda yanğın törədən şəxs saxlanılıb
"Cənubi Qafqaz regionu üçün yeni imkanlar açılıb" - Prezident İsrail səfiri ilə bir arada + FOTOLAR
Dövlətə məxsus avtomobillər hərraca çıxarılıb
“Dalyan” cəzalandırıldı