Azərbaycan banklarında dollara tələb artıb

img

14-05-2020 [12:56]


Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Mia.az Mərkəzi Banka istinadən xəbər verir ki, ABŞ dollarına tələb mayın 12-nə nisbətən 6,8 milyon ABŞ dolları və yaxud təxminən 14,2% artaraq 54,7 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR