Gəncə sakini Zaqatalada narkotiklə saxlanıldı

img

14-05-2020 [12:40]


Zaqatalada narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat keçiriblər.

Əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini A.Babayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 kiloqram 50 qram marixuana aşkar edilərək götürülüb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR