"Bandotdel"dən əməliyyat: keçmiş məhkum silahla tutuldu

img

14-05-2020 [12:15]


Bakıda narkotik maddə və silah saxlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirib.

Daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan E.Abbasovdan “İJ-79-7T” markalı tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR