Şirvanda dəhşətli qətl: qız atasının başını kəsdi

img

12-05-2020 [09:59]


Şirvanda qətl hadisəsi baş verib.

Mia.az xəbər verir ki,mayın 12-də gecə saatlarında Şirvan şəhəri, A.Mustafayev küçəsi, ev 25-də yaşayan şizofreniya xəstəsi olan 1977-ci il təvəllüdlü Əkbərova Mirsəkinə Nadir qızı atası - 1933-cü il təvəllüdlü Əkbərov Nadir İbadulla oğlunu baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib.

Meyit Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirilib.

Faktla bağlı Şirvan Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR