"Betis" klubunun 3 futbolçusunda koronavirus aşkarlanıb

img

10-05-2020 [12:29]


İspaniyanın "Betis" klubunun 3 futbolçusunun koronavirus testi müsbət nəticə verib.

Məlumata görə, xəbəri klub bu gün təsdiqləyəcək. Oyunçular isə 2 həftə müddətinə özlərini təcrid edəcəklər.

Qeyd edək ki, La Liqadakı bütün 20 klub koronavirus testindən keçib. Daha əvvəl "Qranada"nın yarımmüdafiəçisi Yanxel Errera, "Atletiko"nun müdafiəçisi Renan Lodi və "Real Sosyedad"ın qapıçısı Aleks Romeroda da koronavirus aşkarlanıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR