Bu iki nəfər 78 yaşlı qadına zor tətbiq edərək pulunu aparıblar - Yevlaxda + FOTOLAR 

img

09-05-2020 [19:52]


Yevlax rayon sakini, 1942-ci il təvəllüdlü Z.Məmmədova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 2 naməlum şəxsin ona məxsus evə daxil olaraq 1 000 manat pulunu zorla ələ keçirdiklərini bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən xəbərdə bildirilir ki, məlumatla əlaqədar polis əməkdaşları tətəfindən müvafiq tədbirlər görülüb. 

Araşdırmalarla müəyyən edilib ki, Yevlax rayon sakinləri Elçin Rzayev və əvvəllər məhkum edilmiş Amil Qənbərov yaşlı qadına zor tətbiq edərək evdə olan 1 000 manat pulu götürərək qaçıblar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR