DİN-dən Zaqataladakı insidentlə bağlı açıqlama yaydı

img

08-05-2020 [14:15]


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə Zaqatala rayonunda baş verən insidentlə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov “Report”un sorğusuna cavab olaraq bildirib ki, hadisə rayonun Kəpənəkçi kəndi ərazisində qeydə alınıb.

O deyib ki, Kəpənəkçi kənd sakini Cavid İsayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə bir neçə qazı vuraraq öldürüb:

“Daha sonra həmin qazların sahibi ilə sürücü arasında mübahisə yaranıb, əraziyə polis əməkdaşları çağırılıb. Araşdırma zamanı məlum olub ki, Cavid İsayev avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib. Sürücü barəsində protokol tərtib edilib və toplanan materiallar aidiyyəti üzə məhkəməyə göndərilib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR