Yevlaxda qətl: 27 yaşlı oğlan öldürüldü

img

07-05-2020 [10:13]


Yevlaxda baş verən qətllə bağlı cinayət işi başlanıb.

Mia.az-ın məlumatına görə, rayonun Kamil Nəsibov küçəsində əvvəllər məhkum olunmuş, 1993-cü il təvəllüdlü Rəşad Dəvrişov tanışı, 1994-cü il təvəllüdlü Ceyhun Seyidovu söyüş üstündə bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA