Mərkəzi Bank sığortaçılara 7 bəndlik tövsiyə verdi - SİYAHI
05-05-2020 [16:09]
Xüsusi karantin rejimi şəraitində izolasiya qaydalarına uyğun olaraq, müştərilər ilə sığorta şirkəti əməkdaşları arasında fiziki təmasın minimuma enməsi sığorta xidmətlərinin göstərilməsində müəyyən çətinliklər yaradıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından Mia.az-a verilən məlumata görə, bunu nəzərə alaraq həm müştəri məmnuniyyətinin təmin edilməsi, həm də sığorta şirkətlərinin maliyyə dayanıqlığının qorunub saxlanılması məqsədilə Mərkəzi Bank tərəfindən aşağıda göstərilən istiqamətdə tədbirlərin keçirilməsi ilə bağlı rəhbərlərə tövsiyələr verilib:
1. Zərərlərin tənzimlənməsi ilə bağlı sığortalıların müraciətlərinin elektron poçt və elektron formada qəbul edilməsi (hadisələr barədə video və foto görüntülər daxil olmaqla);
2. Könüllü sığorta müqavilələri üzrə xüsusi karantin rejimindən birbaşa təsirlənən sığortalılara sığorta haqlarının ödənilməsində 2020-ci il sentyabrın 30-na kimi möhlətin verilməsi;
3. Sığortaçılarda biznes proseslərinin pandemiya ilə əlaqədar yeni əməliyyat şəraitinə tam uyğunlaşdırılması üçün lazımi idarəetmə və texnoloji tədbirlərin görülməsi;
4. Könüllü sığorta müqavilələrinin elektron formada bağlanılmasının təmin edilməsi (Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Sığorta fəaliyyəti haqqında” Qanunun və məlumatların mühafizəsi ilə bağlı hüquqi aktların tələbləri nəzərə alınmaqla);
5. Sığortaçıların öz internet səhifələrində xüsusi karantin müddətində iş rejimi ilə bağlı məlumatın və zərərlərin tənzimlənməsi ilə bağlı müvafiq prosedurlarını açıqlaması;
6. Sığortalıların hüquqlarının qorunması məqsədilə sığortaçılarda qaynar xəttin fasiləsiz işlək olması ilə yanaşı sığortalıların video zənglər vasitəsilə qəbulunun təmin edilməsi:
7. Sığortaçıların kapital mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə 2019-cu ilin nəticəsi üzrə dividend ödənişlərinin 2020-ci il sentyabrın 30-nadək təxirə salınması və 2020-ci il üzrə aralıq dividendlərinin ödənilməməsi.
Qeyd edək ki, COVID-19 pandemiyasının və enerji bazarlarında kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlığa mənfi təsirlərinin azaldılması məqsədilə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən Tədbirlər planı təsdiq edilib.
Assosiasiyasından bildirilib ki, pandemiya maliyyə bazarının tərkib hissəsi olan sığorta bazarına da öz təsirini göstərdi. Bu səbəblə xüsusi karantin rejimi şəraitində sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi, habelə sığorta istehlakçılarının hüquqlarının qorunması məqsədilə nəzarət oraqanı olan Mərkəzi Bank tərəfindən dəstəkləyici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Hazırlanan tədbirlər planı ilk dəfə 2020-ci il aprelin 29-da sığorta şirkətlərinə göndərilmiş və sığorta mütəxəssisləri tərəfindən müsbət qiymətləndirilib. Tədbirlər planın təsdiqlənməsi və ən qısa zamanda icrası məqsədilə mayın 5-də Mərkəzi Bankın nümayəndələri ilə sığorta şirkətlərinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbər şəxsləri arasında videokonfrans şəklində görüş keçirildi.
Keçirilən görüş zamanı tədbirlər planında mövcud bəzi nüanslar müzakirə edildikdən sonra sığorta rəhbərlərinin ortaq qərarı ilə təsdiqləndi.
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz