O icra başçılarına kim zamin durub?
04-05-2020 [22:15]
Seymur VERDİZADƏ,
Yenisabah.az-ın Baş redaktoru
***
DTX-nın rüşvətxor və talançı məmurlara qarşı həyata keçirdiyi əməliyyatlar cəmiyyətdə bayram ovqatı yaradıb. Müsəlman ölkəsi olan Azərbaycanda insanlar İlahi ədalətin qələbə çaldığına inanmağa başlayıblar.
Xeyirlə Şər arasında gedən mübarizənin simvoluna çevrilən qara maskalı oğlanı indi ölkənin dörd bir tərərində səbirsizliklə gözləyirlər. Axı hər rayonun öz Mahir Quliyevi var...
Ortada siyasi iradə var. Rüşvətxor və korrupsioner məmurlara qarşı mübarizə bundan sonra da davam edəcək. Çünki həmin adamlar xalqın nifrətini, komanda yoldaşlarının məzəmmətini qazanıblar. Loru dildə desək, onlar “iqtidarı biabır edən məmurlar” kateqoriyasına daxildir.
Çoxlu sayda gənc və perspektivli YAP-çı tanıyıram. Onları Əhəd Abıyevlə tərəzinin eyni gözünə qoymaq Allahsızlıq olardı. Yoxsul ailələrə çatmalı olan ərzağı acgözlüklə mədəsinə təpişdirən Mahir Quliyev onlarla eyni sırada dayanmağa layiq deyil. Bir neçə xarici dil bilən, yaxşı təhsil alan, ağa ağ, qaraya qara deməyi bacaran həmin gənclərlə indi məhbəs həyatı yaşayan Ağstafanın, Yevlaxın, Neftçalanın icra başçılarının heç bir ortaq tərəfi yoxdur.
Prezidentin etibarından sui-istifadə edən, cəmiyyətin sağalamz yarası, hakimiyyətin üz qarası olan həmin adamların cəzalandırılması sosial sifarişdir. Əvvəllər də yazdığım kimi, xalq qara maskalı oğlanın güclü əllərini rüşvətxor, korrupsioner məmurların xirtdəyində görmək istəyir. Bizə düşən “qoluna qüvvət” deməkdir.
Kağız üzərində mövcud olan “Naxçıvan” adlı universitetin diplomunu əlli yaşında əldə edib, vəzifə pillələrini sürətlə dırmanmaq təkcə bəxtin yüyrək olmasıyla bağlı deyil. Aydın məsələdir ki, bu adamların hamısının kürəyində “güclü əl” dayanıb. İki ayağının üstündə güclə dayanan bu şəxslərin uzun illər məsul vəzifələrdə duruş gətirməsi həmin əlin sayəsində mümkün olub. Cəmiyyət o əli görmək istəyir. Bu cür yaramaz kadrları xalqa sırıdığı üçün orta məktəb şagirdi olan qızımın xətkeşi ilə həmin əli döyəcləmək istəyirəm...
Biz kiçik kollektivimizə bir işçi götürəndə, beş adama zəng vurub araşdırırıq. İndi zamin olmadan heç kimi işə qəbul etmirlər. Ola bilməz ki, 97 şagirdi olan kiçik bir məktəbin direktorunu işə götürəndə bir ay araşdırsınlar, amma böyük bir rayona rəhbər təyin olunan adamın soy-kökünü öyrənməsinlər, savadını, dünyagörüşünü sınaqdan keçirməsinlər.
Günün sualı budur: Ağstafanın, Yevlaxın, Neftçalanın, Biləsuvarın indi həbsdə olan icra başçılarını ölkə rəhbərinə kim təqdim edib? Bu adamlara kim zamin durub? Niyə həmin adamın kadrları bir-birinin ardınca lax yumurta kimi zay çıxır?
Pandemiya dünyada 130 milyondan çox insanı işsiz qoyub. Azərbaycanda da iş yerini itirən, bir tikə çörəyə möhtac olan minlərlə insan var. Elə adam var ki, koronavirusdan əvvəl də yeməyə çörək tapmırdı. Çünki çörək almaq üçün lazım olan pulu rüşvətxor məmurlar ciblərinə doldururdular. Əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün minlərlə yeni iş yeri açılsa da, Mahir Quliyev kimi yaramaz adamlar həmin iş yerlərinin maaş katlrarını seyflərində gizlədiblər. Bu adamların nəfsi üzündən insanlar gözlərini Bayram Nurlunun əlinə dikiblər. Təkcə bu amil onların qanun qarşısında ən sərt formada cəzalandırılması üçün kifayət edir.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)