"Ayıb başqa şeydə olur, bəzən mətbuatda gedən yazıları zənglə pozdururlar" - Röyaya daha bir replika atıldı + VİDEO

img

04-05-2020 [16:43]


Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxanla müğənni Natavan Həbibi arasında yaranan qalmaqala Səidə Sultan da qoşulub. O, Röyanı onun etdirdiyi fotosessiyanı yamsılamaqda günahlandırıb

Bu barədə Kərim Abbasovla birgə canlı yayımda söhbətləşən Səidə bu vaxta kimi heç bir stilistlə işləmədiyini deyib:

“Nə olar, qoy bir dəfə də məndən danışsınlar, elə hamı onlardan danışır. Allah şahidimdir ki, mənim heç nə etmək fikrim yox idi, sadəcə gördüm ki, paylaşılır. Bilirsiniz ki, mənə hay vermək olmaz, hay verdinsə, ya sənə verər Allah, ya da mənə. Ömür boyu çox şeylər olur ki, biz səsimizi çıxarmırıq. Elə şeylər olub ki, mən səsimi çıxarmamışam, şou-biznesin qaydası budur, nə isə desən çıxıb deyirlər ki, paxıllıq edir. Həyatda o qədər elə şeylər olub ki, çörəyi qulağıma yemirəm ki. Həmişə susmuşam, abır etmişəm, dillənməmişəm.

Amma baxıram ki, yox. Eybi yox demək zəmanəsi deyil, gəldisə demək lazımdır. O vaxt siz təkrarlayanda heç kəs heç nə demirdi, noldu biz deyən kimi xətrinizə dəyir? Elə şeylər edirdiniz, heç sizə nə isə deyən olmurdu. Biz deyən kimi deyirlər incidim, ayıb olsun. Niyə ayıb olmalıdır?

Fakt göz qabağındadır. Ayıb başqa şeydə olur. Belə şey niyə ayıb olur? Mən çox istəyərəm ki, Azərbaycanda kimsə nə isə edirsə özünəməxsus şəkildə etsin. Mən bu vaxta qədər heç bir stilistlə işləməmişəm. Nə klipimdə, nə fotosessiyalarımda. Mənim bütün klip, fotosessiya ideyalarım özümündür. Saçıma qədər özüm edirəm, rejissorun işini belə görürəm. Niyə elə hamımız inkubator cücələri kimi bir-birimizə bənzədək özümüzü? Olmaz axı belə. Vallah, mən heç nə etməyəcəkdim, sadəcə gördüm ki, paylaşıb sonra pozanlar çoxdur. Mətbuatda gedən yazıları zəng edib pozdururlar. Ona görə mən də götürdüm öz səhifəmdə paylaşdım. Mənim səhifəmdən kim siləcək?” 

Həmin görüntüləri təqdim edirik:

Yenisabah.az


Digər xəbərlər
SON XƏBƏRLƏR