Biləsuvarda polis əməliyyatı: 5 nəfər tutuldu + FOTO

img

02-05-2020 [10:25]


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakinləri Azər Hüseynov, Xalid Ağayev və Bisitun Fətiqi Hüseynov sonuncunun idarə etdiyi “Peugeot” markalı avtomobildə rayonun Xırmandalı kəndi ərazisində saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, həmin avtomobilə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər bir əməliyyat tədbiri nəticəsində isə Gəncə şəhər sakini F. Bayramova və Bakı şəhəri Binəqədi rayon sakini Fərid Şamiyev sonuncunun idarə etdiyi “Reno Megane” markalı avtomobildə rayonun Xırmandalı kəndi ərazisində saxlanılıblar. Avtomobilə keçirilən baxış zamanı oradan 100 qram narkotik vasitə heroin, 327 qram psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR