Onlara da 190 manat yardım verilmədi

img

01-05-2020 [16:48]


İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) proqramına müraciət edənlərdən 65 min şəxsin həyat yoldaşının birdəfəlik ödəmə aldığı müəyyən edilib.

Mia.az  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla bildirir ki, bu səbəbdən həmin şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.

Qanunvericiliyə əsasən, birdəfəlik ödəmə əmək qabiliyyətli, lakin işsiz, dövlətdən heç bir ödəniş almayan və aztəminatlılıq meyarlarına uyğun ər və arvaddan yalnız birinə, eləcə də ailədə qeyd edilən kriteriyalara uyğun digər şəxslər varsa, onlara təyin edilir.

Müraciət etmiş 65 min şəxsin həyat yoldaşının onlayn müraciəti əsasında artıq bu ödəmə təyin olunduğundan onların özünə ödəmə təyin edilməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA