Yaşlı insanların pensiyasını ələ keçirən şəxs tutuldu - Xırdalanda dələduzluq + FOTO

img

30-04-2020 [17:59]


Abşeronda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhərində bankomat ətrafında dələduzluq edən 35 yaşlı Ramil Mehdiyev tutulub.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs əvvəlcə bankomatdan pul və təqaüdünü çıxarmaq istəyən şəxslərə yaxınlaşaraq kömək etmək istədiyini bildirir. Daha sonra cibindən digər boş kartını ora daxil edərək pul olmadığını deyir. Beləliklə o ümumilikdə 20 nəfərə yaxın şəxsi aldadaraq onların pulunu mənimsəyib.

Bu şəxsin əməlindən ziyan çəkən şəxslərdən xahiş olunur ki, Abşeron rayon Polis idarəsinə müraciət edə bilərlər. 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR