Gürcüstanda koronavirusdan sağalanların sayı artır

img

23-04-2020 [15:55]


Gürcüstanda koronavirusa yoluxan daha 4 nəfər sağalıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-dan sağalan pasiyentlərin sayı 111-ə çatıb.

Hazırda ölkə üzrə karantində 5 223, stasionar nəzarətdə isə 584 nəfər saxlanılır.

Qeyd edək ki, indiyədək qonşu ölkədə koronavirusa 420 nəfər yoluxub, onların 5-i ölüb. Gürcüstanda Türkiyə və Ermənistandan ölkəyə çatdırılan üç vətəndaş da koronavirusdan müalicə olunur/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA