Gürcüstan, Tərtər, Şəmkir sakinlərini soyan cibgir saxlanıldı

img

23-04-2020 [14:29]


Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 37 yaşlı Tovuz rayon Xatınlı kənd sakini Kərim Kərimov oğurluq hadisəsi törətməkdə şübhəli bilinərək saxlanılıb. 

 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Mia.az-a verilən məlumata görə, onun üzərinə baxış zamanı Tərtər sakini, 62 yaşlı Bəhmən Məmmədova məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd “Samsung” markalı mobil telefon, Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olan 34 yaşlı Arzu Kərimovaya məxsus doğum haqqında şəhadətnamə və 6 ədəd fotoşəkil, Şəmkir rayonun Şeyidlər kənd sakini, 44 yaşlı Eldəniz Həsənova məxsus şəxsiyyət vəsiqəsi və ümümvətəndaş pasportu aşkar edilərək götürülüb. 

K.Kərimovun B.Məmmədovun Bakı şəhəri ərazisində marşurutda cibindən gizli yolla götürdüyü pul qabında olan 120 manatı da xərclədiyi, sənədləri isə özündə saxladığı məlum olub.

Fakatla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR